“Yuventus” “Latsio”nu məğlub yola saldı
Futbol üzrə İtaliya A Seriyasında 34-cü tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Açılış matçında “Atalanta” səfərdə “Verona”nın qonağı olub və xal itkisi ilə üzləşib. “Kalyari”nin “Sassuolo” ilə qarşılaşması da heç-heçə yekunlaşıb. “Milan” isə “Bolonya”nı qəbul edib və darmadağına sevinib.
34-cü turun maraqla gözlənilən qarşılaşmasında isə “İnter” səfərdə “Roma”nın qonağı olub. Dörd qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib.
Turun mərkəzi görüşündə “Yuventus” öz meydanında “Latsio” ilə qarşılaşıb. Üç qolun vurulduğu qarşılaşma turinlilərin qələbəsiylə yekunlaşıb.
İtaliya A Seriyası, 34-cü tur
18 iyul
Verona – Atalanta 1:1
Qol: Pessina, 59 – Sapata, 50.
Kalyari – Sassuolo 1:1
Qol: J.Pedro, 63 – Kaputo, 12.
Milan – Bolonya 5:1
Qol: Salemakers, 10. H.Çalhanoğlu, 24. Bennaser, 49. Rebiç – 57. Kalabriya, 90+2 – Tomiyasu, 44.
19 iyul
Parma – Sampdoriya 2:3
Qol: Jervinyo, 18. Bereşinski, 40-öz qapısına – Şabot, 48. Kvalyarella, 69. Bonassoli, 78.
Breşiya – SPAL 2:1
Qol: Zmrhal, 69; 90+3 – Dabo, 42.
Fiorentina – Torino 2:0
Qol: Lyanko, 2-öz qapısına. Kutrone, 75.
Cenoa – Leççe 2:1
Qol: Sanabriya, 7. Qabriel, 81-öz qapısına – Mankosu, 60.
Napoli – Udineze 2:1
Qol: Milik, 31. Politano, 90+5 – De Paul, 22.
Roma – İnter 2:2
Qol: Spinatsola, 45+1. Mxitaryan, 57 – De Vrey, 15. Lukaku, 87-pen.
20 iyul
Yuventus – Latsio 2:1
Qol: Ronaldo, 51-pen; 54 – İmmobile, 83-pen.
Bombardir: Kriştiano Ronaldo (Yuventus), Çiro İmmobile (Latsio) – 30 qol.
Bizi Facebook-da izləyin