“İnter”dən darmadağın

Futbol üzrə İtaliya A Seriyasında 33-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, açılış matçında son turda “Yuventus”la bərabərə qalan “Atalanta” autsayder “Breşiya”nı qəbul edib. Səkkiz qolun qeydə alındığı matçda meydan sahibləri darmadağına seviniblər.

“Milan” bu turda “Parma” ilə ev oyununda inamlı qələbə qazanıb. “Yuventus” isə “Sassuolo” ilə qarşılaşıb. Turin təmsilçisi bol qollu qarşılaşmadan 1 xalla ayrılıb. “Latsio” “Udineze” ilə səfər oyunundan xal itkisi ilə ayrılıb. Paytaxtın digər təmsilçisi “Roma” evdə “Verona”nı üstələyib.

Turnir cədvəlinin ikincisi “İnter” isə sonuncu pillədəki SPAL-ın qonağı olub və inamlı qələbə sayəsində lider “Yuventus”la xal fərqini azaldıb. “Torino” da doğma meydanda “Cenoa”nı darmadağın edib.

İtaliya A Seriyası, 33-cü tur

14 iyul

Atalanta – Breşiya 6:2
Qol
: Paşaliç, 2; 55; 58. De Roon, 25. Malinovski, 28. Sapata, 30 – Torreqrossa, 8. Spalek, 83.

15 iyul

Milan – Parma 3:1
Qol
: Kessye, 55. Romanyoli, 59. H.Çalhanoğlu, 77 – Kurtiç, 44.

Bolonya – Napoli 1:1
Qol
: Barrov, 80 – Manolas, 7.

Sampdoriya – Kalyari 3:0
Qol
: Qabbyadini, 8. Bonatsoli, 41; 53.

Roma – Verona 2:1
Qol
: Veretu, 10-pen. Dzeko, 45+3 – Pessina, 47.

Leççe – Fiorentina 1:3
Qol
: Şaxov, 88 – Kyeza, 6. Gezzal, 38. Kutrone, 40.

Sassuolo – Yuventus 3:3
Qol
: Dyuriçiç, 29. Berardi, 51. Kaputo, 54 – Danilo, 5. İquayn, 12. A.Sandro, 64.

Udineze – Latsio 0:0

16 iyul

Torino – Cenoa 3:0
Qol
: Bremer, 32. Lukiç, 76. Belotti, 90.

SPAL – İnter 0:4
Qol
: Kandreva, 37. Biraqi, 55. A.Sançes, 60. Qalyardini, 74.

Bombardir: Çiro İmmobile (Latsio) – 29 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button