Turindən çətin qələbə ilə
İtaliya A Seriyasında 3-cü tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. Açılış oyununda “Yuventus” səfərdə “Fiorentina” ilə qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb.
“Napoli” “Sampdoriya”nı, “İnter” isə “Udineze”ni qəbul edib. Bu iki oyun isə meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Turun əksər görüşləri bazar gününə təsadüf edib. “Atalanta” səfərdə “Cenoa”nı, “Bolonya” “Breşiya”nı, “Kalyari” “Parma”nı, “Milan” isə “Verona”nı məğlub edib.
SPAL-ın qonağı olan “Latsio” turu məğlubiyyətlə başa vurub. Paytaxtın digər təmsilçisi – “Roma” isə “Sassuolo” ilə oyundan inamlı qələbə ilə ayrılıb.
Son oyun günündə səfərdə “Torino” ilə qarşılaşan “Leççe” də cari mövsümdəki ilk qələbəsini rəsmiləşdirib.
İtaliya A Seriyası, 3-cü tur
14 sentyabr
Fiorentina – Yuventus 0:0
Napoli – Sampdoriya 2:0
Qol: Mertens, 13; 67.
İnter – Udineze 1:0
Qol: Sensi, 44.
15 sentyabr
Cenoa – Atalanta 1:2
Qol: Krişito, 90+1-pen – Muriel, 64-pen. Sapata, 90+5.
Breşiya – Bolonya 3:4
Qol: Donnarumma, 10; 19. Kistana, 42 – Bani, 36. Palasio, 56. Densvil, 60. Orsolini, 80.
Parma – Kalyari 1:3
Qol: Barilya, 58 – Çeppitelli, 23; 39. Simeone, 77.
SPAL – Latsio 2:1
Qol: Petanya, 63. Kurtiç, 90+2 – İmmobile, 17-pen.
Roma – Sassuolo 4:2
Qol: Kristante, 12. Dzeko, 19. Mxitaryan, 22. Kluyvert, 33 – Berardi, 53; 72.
Verona – Milan 0:1
Qol: Pyontek, 68-pen.
16 sentyabr
Torino – Leççe 1:2
Qol: Belotti, 58-pen – Farias, 35. Mankosu, 73.
Bombardir: Dominiko Berardi (Sassuolo) – 5 qol.
Bizi Facebook-da izləyin