“Napoli”, “Milan” və “İnter”dən qələbə
İtaliya A Seriyasında 28-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, turun oyunları üç günü əhatə edib. 28-ci turun açılış matçında lider “Yuventus” autsayderlər qrupunda yer alan “Leççe”ni qəbul edib. Turin klubu bu görüşdən inamlı qələbə ilə ayrılıb.
Şənbə günü üç qarşılaşma baş tutub. Dörd qolun qeydə alındığı “Breşiya” – “Cenoa” matçında qalib müəyyənləşməyib. Altı qolun vurulduğu “Kalyari” – “Torino” matçında isə meydan sahibləri 3 xalı bayram ediblər. Turnir cədvəlinin ikinci sırasında qərarlaşan “Latsio” da “Fiorentina” ilə qarşılaşıb. Paytaxt təmsilçisi bu oyundan əzmkar qələbə ilə ayrılıb.
“İnter” bu turda “Parma”nı, “Napoli” isə SPAL-ı sınağa çəkib. Hər iki oyunda favoritlər qələbə qazanan tərəf olub.
Turun mərkəzi görüşü Milanda keçirilib. Şəhərin eyniadlı komandası paytaxt təmsilçisi “Roma” ilə münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri bu görüşdən inamlı qələbə ilə ayrılıblar.
İtaliya A Seriyası, 28-ci tur
26 iyun
Yuventus – Leççe 4:0
Qol: Dibala, 53. Ronaldo, 61-pen. İquayn, 84. De Liqt, 86.
27 iyun
Breşiya – Cenoa 2:2
Qol: Donnarumma, 10. Semprini, 13 – Falke, 38-pen. Pinamonti, 69-pen.
Kalyari – Torino 4:2
Qol: Nandes, 12. Simeone, 17. Naynqqolan, 46. J.Pedro, 68-pen – Bremer, 60. Belotti, 66.
Latsio – Fiorentina 2:1
Qol: İmmobile, 67. L.Alberto, 83 – Riberi, 25.
28 iyun
Milan – Roma 2:0
Qol: Rebiç, 76. H.Çalhanoğlu, 89-pen.
Napoli – SPAL 3:1
Qol: Mertens, 4. Kallexon, 36. Yunes, 78 – Petanya, 29.
Sampdoriya – Bolonya 1:2
Qol: Bonatsoli, 88 – Barrov, 72. Orsolini, 75.
Sassuolo – Verona 3:3
Qol: Boqa, 53; 77. Rocerio, 90+7 – Lazoviç, 51. Stepinski, 57. Pessina, 68.
Udineze – Atalanta 2:3
Qol: Lasanya, 31; 87 – Sapata, 9. Muriel, 71; 79.
Parma – İnter 1:2
Qol: Jervinyo, 15 – De Vrey, 84. Bastoni, 87.
Bombardir: Çiro İmmobile (Latsio) – 28 qol.
Bizi Facebook-da izləyin