“Yuventus”la “Roma” uduzdu, “Milan” qələbə qazandı

Futbol üzrə İtaliya A Seriyasında 28-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Cenoa” səfərdə “Parma” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb.

Şənbə günü daha iki qarşılaşma baş tutub. Beş qolun qeydə alındığı “Krotone” – “Bolonya” matçı qonaqların qələbəsiylə yekunlaşıb. “Spetsiya” isə “Kalyari”ni məğlub yola salıb.

Son çempion “Yuventus” “Benevento”nu qəbul edib. Turin təmsilçisi bu görüşdə gözlənilməz məğlubiyyətlə üzləşib.

Turnir cədvəlinin ikincisi “Milan” bu turda çətin “Fiorentina” səfərinə yollanıb və əzmkar qələbəyə sevinib. Turun mərkəzi görüşü paytaxt Romada keçirilib. “Roma” burada “Napoli” ilə münasibətlərinə aydınlıq gətirib və iki cavabsız qolla uduzub.

Bu tur keçirilməli olan “İnter” – “Sassuolo” matçı meydan sahiblərinin heyətində koronavirusa yoluxma hallarının artması səbəbiylə təxirə salınıb.

İtaliya A Seriyası, 28-ci tur

19 mart

Parma – Cenoa 1:2
Qol
: Pelle, 16 – Skamakka, 50; 69.c

20 mart

Krotone – Bolonya 2:3
Qol
: Messias, 32. Simi, 40-pen – Sumaoro, 62. Şuten, 70. Skov, 84.

Spetsiya – Kalyari 2:1
Qol
: Pikkoli, 49. Macciore, 80 – Pereyro, 83.

21 mart

Verona – Atalanta 0:2
Qol
: Malinovski, 33. Sapata, 42.

Yuventus – Benevento 0:1
Qol
: Qaiç, 69.

Sampdoriya – Torino 1:0
Qol
: Kandreva, 25.

Udineze – Latsio 0:1
Qol
: Maruşiç, 37.

Fiorentina – Milan 2:3
Qol
: Pulqar, 17. Riberi, 51 – İbrahimoviç, 9. Dias, 57. H.Çalhanoğlu, 72.

Roma – Napoli 0:2
Qol
: Mertens, 27; 34.

Bombardir: Kriştiano Ronaldo (Yuventus) – 20 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button