“İnter” büdrədi, “Latsio” uduzdu, “Roma” qalib gəldi
Futbol üzrə İtaliya A Seriyasında 27-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Turun açılış matçında “Fiorentina” “Breşiya”nı qəbul edib. Bu oyunda qalib müəyyənləşməyib. “Milan” isə səfərdə “Leççe”nin qonağı olub və darmadağına sevinib.
İtaliya kubokunun finalında “Napoli”yə məğlub olan “Yuventus”, bu turda “Bolonya”nı sınağa çəkib. Turin təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.
Səfərdə “Verona” ilə qarşılaşan “Napoli” inamlı qələbə qazanıb. SPAL evdə “Kalyari”yə, “Cenoa” isə “Parma”ya uduzub. “Torino” “Udineze” ilə ev oyununda minimal hesabla üstün olub.
Turnir cədvəlinin ikinci pilləsində yer alan “Latsio” çətin “Atalanta” səfərinə yollanıb. Qarşılaşmaya qonaqlar daha yaxşı başlasalar da, sonda meydan sahibləri əzmkar qələbə qazanıblar. “Roma” da “Sampdoriya” ilə ev oyunundan əzmkar qələbə ilə ayrılıb. “İnter” isə “Sassuolo” ilə ev oyununda xal itkisi ilə üzləşib.
İtaliya A Seriyası, 27-ci tur
22 iyun
Fiorentina – Breşiya 1:1
Qol: Pezzella, 29 – Donnarumma, 17-pen.
Leççe – Milan 1:4
Qol: Mankosu, 54-pen – Kastilyexo, 26. Bonaventura, 55. Rebiç, 57. Leao, 72.
Bolonya – Yuventus 0:2
Qol: Ronaldo, 23-pen. Dibala, 36.
23 iyun
SPAL – Kalyari 0:1
Qol: Simeone, 90+3.
Verona – Napoli 0:2
Qol: Milik, 38. Lozano, 90.
Cenoa – Parma 1:4
Qol: Falke, 59-pen – Kornelius, 18; 33; 53. Kuluşevski, 87.
Torino – Udineze 1:0
Qol: Belotti, 16.
24 iyun
İnter – Sassuolo 3:3
Qol: Lukaku, 41-pen. Biraqi, 45+1. Valero, 86 – Kaputo, 4. Berardi, 81. Maqnani, 89.
Roma – Sampdoriya 2:1
Qol: Dzeko, 64; 85 – Qabbyadini, 11.
Atalanta – Latsio 3:2
Qol: Qosens, 38. Malinovski, 66. Palomino, 80 – De Roon, 5—öz qapısına. Milinkoviç-Saviç, 11.
Bombardir: Çiro İmmobile (Latsio) – 27 qol.
Bizi Facebook-da izləyin