“İnter”dən növbəti qələbə

Futbol üzrə İtaliya A Seriyasında 26-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Açılış matçında “Spetsiya” “Benevento”nu qəbul edib. Bu oyunda qalib müəyyənləşməyib. Ötən tur “Milan” səfərindən 1 xalla dönən “Udineze” bu dəfə “Sassuolo”nun müqavimətini qırmağı bacarıb.

Son çempion “Yuventus” Turində “Latsio”nu sınağa çəkib. Meydan sahibləri bu görüşdən inamlı qələbə ilə ayrılıblar.

“Milan” “Verona”nın qonağı olub və inamlı qələbəyə sevinib.. “Napoli” də “Bolonya”nı qəbul edib və rəqibini məğlub edib.

Turun mərkəzi görüşündə lider “İnter” “Atalanta” ilə üz-üzə gəlib. Milanlılar bu görüşdən də qalib ayrılıblar.

İtaliya A Seriyası, 26-cı tur

6 mart

Spetsiya – Benevento 1:1
Qol
: Verde, 71 – Qayiç, 24.

Udineze – Sassuolo 2:0
Qol
: Lyorente, 42. Pereyra, 90+3.

Yuventus – Latsio 3:1
Qol
: Rabyo, 39. Morata, 57; 60-pen. – Korrea, 14.

7 mart

Roma – Cenoa 1:0
Qol
: Mançini, 24.

Krotone – Torino 4:2
Qol
: Simi, 27-pen; 54. Reka, 80. Unas, 90+4 – Mandraqona, 45.

Fiorentina – Parma 3:3
Qol
: Martines, 28. Milenkoviç, 42. Yakoponi, 90+4 – Kuçka, 32. Kurtiç, 72. Mihaila, 90.

Verona – Milan 0:2
Qol
: Kruniç, 27. Dalot, 50.

Sampdoriya – Kalyari 2:2
Qol
: Berezinski, 78. Qabbyadini, 80 – J.Pedri, 11. Naynqqolan, 90+6.

Napoli – Bolonya 3:1
Qol
: İnsinye, 8; 76. Osimhen, 65 – Soriano, 73.

8 mart

İnter – Atalanta 1:0
Qol
: Şkrinyar, 54.

Bombardir: Kriştiano Ronaldo (Yuventus) – 20 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button