“Milan”dan darmadağın

Futbol üzrə İtaliya A Seriyasında 21-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış matçında çempionluq uğrunda mübarizə aparan “İnter” “Fiorentina” ilə qarşılaşıb. Milan təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

Turun mərkəzi görüşü Turində keçirilib. Son çempion “Yuventus” doğma meydanda “Roma”nı 2 cavabsız qolla məğlub edib.

Sonuncu oyun günündə daha beş görüş baş tutub. “Benevento” – “Sampdoriya” matçında qalib müəyyənləşməyib. “Milan” evdə “Krotone”ni darmadağın edibsə, “Latsio” “Kalyari”ni, “Udineze” də “Verona”nı məğlub yola salıb. Səfərdə “Parma” ilə qarşılaşan “Bolonya” da böyük hesabla qalib gəlib.

İtaliya A Seriyası, 21-ci tur

5 fevral

Fiorentina – İnter 0:2
Qol
: Barella, 31. Perişiç, 52.

6 fevral

Atalanta – Torino 3:3
Qol:
İliçiç, 14. Siriqu, 19-avtoqol. Muriel, 21 – Belotti, 42. Bremer, 45+1. Bonatsoli, 84.

Sassuolo – Spetsiya 2:1
Qol:
Kaupto, 25 – Erliç, 39. Qyasi, 78.

Yuventus – Roma 2:0
Qol:
Ronaldo, 13. İbanes, 69-avtoqol.

Cenoa – Napoli 2:1
Qol:
Pandev, 11; 26 – Politano, 79.

7 fevral

Benevento – Sampdoriya 1:1
Qol
: Kaprari, 55 – B.Keyta, 80.

Milan – Krotone 4:0
Qol
: İbrahimoviç, 30; 64. Rebiç, 69; 70.

Udineze – Verona 2:0
Qol
: Silvestri, 85-öz qapısına. Deulofeu, 90+1.

Parma – Bolonya 0:3
Qol
: Barrou, 15; 33. Orsolini, 90+2.

Latsio – Kalyari 1:0
Qol
: İmmobile, 61.

Bombardir: Kriştiano Ronaldo (Yuventus) – 16 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button