“Milan” da qələbə ilə başladı

Futbol üzrə İtaliya A Seriyasında 2021/2022 mövsümünə start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub. Mövsümün açılış matçında son çempion “İnter” “Cenoa”nı qəbul edib. Milan təmsilçisi bu oyunda 4 cavabsız qola sevinib. “Verona” evdə “Sassuolo”ya, “Torino” “Atalanta”ya, “Empoli” isə “Latsio”ya uduzub.

“Yuventus” bu turda “Udineze” səfərinə yollanıb. Turin təmsilçisi mövsümə heç-heçə ilə başlayıb. Joze Mourinyonun rəhbərlik etdiyi “Roma”nın rəqibi “Fiorentina” olub. Paytaxt təmsilçisi inamlı qələbəyə sevinib. “Napoli” isə debütant “Venetsiya”nı məğlub yola salıb. “Bolonya” da “Salernitana” üzərində çətin qələbə qazanıb.

Sonuncu oyun günündə iki qarşılaşma baş tutub. “Kalyari” doğma meydanda “Spetsiya” ilə bərabərə qalıb. “Milan” isə səfərdə “Sampdoriya”nı minimal hesabla üstələyib.

İtaliya A Seriyası, 1-ci tur

21 avqust

İnter – Cenoa 4:0
Qol
: Şkrinyar, 6. H.Çalhanoğlu, 14. Vidal, 74. Dzeko, 87.

Verona – Sassuolo 2:3
Qol
: Zakkanyi, 71-pen; 90 – Raspadori, 32. Dyuriçiç, 51. Traore, 77.

Torino – Atalanta 1:2
Qol
: Belotti, 79 – Muriel, 6. Pikkoli, 90+3.

Empoli – Latsio 1:3
Qol
: Bandinelli, 4 – Milinkoviç-Saviç, 6. Lazzari, 31. İmmobile, 41-pen.

22 avqust

Bolonya – Salernitana 3:2
Qol
: De Silvestri, 59; 77. Arnautoviç, 75 – Bonatsoli, 52-pen. Kulibali, 70.

Udineze – Yuventus 2:2
Qol
: R.Pereyra, 51-pen. Deulofeu, 83 – Dibala, 3. Kuadrado, 23.

Napoli – Venetsiya 2:0
Qol
: İnsinye, 62-pen. Elmas, 73.

Roma – Fiorentina 3:1
Qol
: Mxitaryan, 26. Veretu, 64; 79 – Milenkoviç, 60.

23 avqust

Kalyari – Spetsiya 2:2
Qol
: J.Pedro, 62; 66-pen – Qyasi, 7. Bastoni, 58.

Sampdoriya – Milan 0:1
Qol
: B.Dias, 9.

Bombardir: Mattia Zakkani (“Verona”), Lorenso de Silvestri (“Bolonya”), Joao Pedro (“Kalyari”), Jordan Veretu (“Roma”) – 2 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button