“Napoli” uduzdu, “Milan”la “İnter” qalib gəldi
Futbol üzrə İtaliya A Seriyasında 19-cu tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. Andrey Şevçenkolu “Cenoa”nın rəqibi “Atalanta” olub. Bu görüşdə qapılara qol vurulmayıb. “Yuventus” isə bu turda “Kalyari”ni sınağa çəkib və inamlı qələbəyə sevinib.
Lider “İnter” doğma meydanda “Torino”nu qəbul edib və minimal hesabla qalib gəlib. “Milan” isə çətin “Empoli” səfərində inamlı qələbəyə sevinib.
İtaliya A Seriyası, 19-cu tur
21 dekabr
Cenoa – Atalanta
Yuventus – Kalyari 2:0
Qol: M.Kin, 40. Bernardeski, 83.
22 dekabr
Venetsiya – Latsio 1:3
Qol: Forte, 30 – Pedro, 3. Açerbi, 48. Alberto, 90+5.
Sassuolo – Bolonya 0:3
Qol: Orsolini, 36. Hiki, 44. Santander, 90+4.
İnter – Torino 1:0
Qol: Dumfris, 30.
Roma – Sampdoriya 1:1
Qol: Şomurodov, 72 – Qabbyadini, 80.
Verona – Fiorentina 1:1
Qol: Lasanya, 17 – Kastrovilli, 81.
Napoli – Spetsiya 0:1
Qol: J.Jezus, 37-öz qapısına.
Empoli – Milan 2:4
Qol: Bayrami, 18. Pinamonti, 84 – Kessye, 12; 42. Florensi, 63. T.Hernandes, 69.
Bombardir: Duşan Vlahoviç (“Fiorentina”) – 15 qol.
Bizi Facebook-da izləyin