İbrahimoviçin dublu “Milan”a qələbə qazandırdı
Futbol üzrə İtaliya A Seriyasında 18-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, turun açılış matçı paytaxt Romada keçirilib. “Olimpiko” stadionunda əzəli rəqiblər “Latsio” və “Roma” komandaları üz-üzə gəlib. “Latsio” paytaxt derbisində darmadağına sevinib.
Şənbə günü üç qarşılaşma baş tutub. “Bolonya” “Verona”nı, “Sampdoriya” isə “Udineze”ni məğlub yola salıb. “Torino” – “Spetsiya” görüşündə isə qapılara qol vurulmayıb.
Turun mərkəzi görüşü Milanda oynanılıb. Turnir cədvəlinin 2-cisi “İnter” son illərin dəyişməz çempionu “Yuventus”u qəbul edib. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər. Cennaro Qattuzonun rəhbərlik etdiyi “Napoli” isə “Fiorentina”nı sınağa çəkib və 6 cavabsız qola sevinib. “Atalanta” “Cenoa”nı qəbul edib. Tərəflər bu oyundan qolsuz ayrılıblar.
Lider “Milan” bu tur çərçivəsində “Kalyari” səfərinə yollanıb. Zədədən yeni qayıdan Zlatan İbrahimoviç uzun fasilədən sonra meydana çıxdığı ilk oyunda dubla imza atmaqla komandasına inamlı qələbə qazandırıb.
İtaliya A Seriyası, 18-ci tur
15 yanvar
Latsio – Roma 3:0
Qol: İmmobile, 14. L.Alberto, 23; 67.
16 yanvar
Bolonya – Verona 1:0
Qol: Orsolini, 19-pen.
Torino – Spetsiya 0:0
Sampdoriya – Udineze 2:1
Qol: Kandreva, 67-pen. Torreqrossa, 81 – De Paul, 55.
17 yanvar
Napoli – Fiorentina 6:0
Qol: İnsinye, 5; 72-pen. Demme, 36. Lozano, 38. Zelinski, 45. Politano, 89.
Sassuolo – Parma 1:1
Qol: Dyuriçiç, 90+5 – Kuçka, 37.
Krotone – Benevento 4:1
Qol: Qlik, 5-öz qapısına. Simi, 29; 54. Vuliç, 65 – Falke, 82.
Atalanta – Cenoa 0:0
İnter – Yuventus 2:0
Qol: Vidal, 12. Barella, 52.
18 yanvar
Kalyari – Milan 0:2
Qol: İbrahimoviç, 7-pen; 52.
Bombardir: Kriştiano Ronaldo (Yuventus) – 15 qol.
Bizi Facebook-da izləyin