“İnter”lə “Napoli” uduzdu, “Yuventus” “Milan”a qalib gəldi

Futbol üzrə İtaliya A Seriyasında 16-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub. Açılış matçında “Kalyari” “Benevento” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb.

Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “İnter” bu tur çərçivəsində “Sampdoriya” səfərinə yollanıb və məğlubiyyətlə üzləşib. “Napoli” isə “Spetsiya” ilə ev oyunundan məğlub ayrılıb. “Roma” “Krotone”ni sınağa çəkib və inamlı qələbəyə sevinib.

Turun mərkəzi görüşündə lider “Milan” son çempion “Yuventus”u qəbul edib. Turin təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

İtaliya A Seriyası, 16-cı tur

6 yanvar

Kalyari – Benevento 1:2
Qol
: J.Pedro, 20 – Sau, 41. Tuia, 44.

Atalanta – Parma 3:0
Qol
: Muriel, 15. Sapata, 49. Qosens, 61.

Bolonya – Udineze 2:2
Qol
: Tomiyasu, 19. Svanberq, 40 – Pereyra, 34. T.Arslan, 90+2.

Krotone – Roma 1:3
Qol
: Qolemiç, 71 – Mayoral, 8; 29. Mxitaryan, 35-pen.

Latsio – Fiorentina 2:1
Qol
: Kaysedo, 6. İmmobile, 75 – Vlahoviç, 88-pen.

Sampdoriya – İnter 2:1
Qol
: Kandreva, 23-pen. Keyta, 38 – De Vrey, 65.

Sassuolo – Cenoa 2:1
Qol
: Boqa, 52. Raspadori, 83 – Şomurodov, 64.

Torino – Verona 1:1
Qol
: Bremer, 84 – Dimarko, 67.

Napoli – Spetsiya 1:2
Qol
: Petanya, 58 – Nzola, 68-pen. Pobeqa, 82.

Milan – Yuventus 1:3
Qol
: Kalabria, 41 – Kyeza, 18; 62. Makkenni, 76.

Bombardir: Kriştiano Ronaldo (Yuventus) – 14 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button