“Milan” uduzdu, “Napoli” “Latsio”nu darmadağın etdi
Futbol üzrə İtaliya A Seriyasında 14-cü tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında autsayder “Salernitana” səfərdə “Kalyari”nin qonağı olub. Tərəflər bu oyundan hərəyə bir qol və bir xalla ayrılıblar.
“Yuventus” bu turda “Atalanta”nın müqavimətini qırmağa çalışıb. Lakin Turin təmsilçisi doğma meydanda minimal hesabla uduzub. “İnter” isə səfərdə “Venetsiya”nı məğlub edib.
Lider “Napoli”nin bu turdakı rəqibi “Latsio” olub. Neapol təmsilçisi doğma meydanda 4 cavabsız qola sevinib. “Milan” doğma meydanda “Sassuolo”ya uduzub. “Roma” isə “Torino” üzərində qələbə qazanıb.
İtaliya A Seriyası, 14-cü tur
26 noyabr
Kalyari – Salernitana 1:1
Qol: Pavoletti, 73 – Bonatsoli, 90.
27 noyabr
Sampdoriya – Verona 3:1
Qol: Kandreva, 51. Ekdal, 77. Murru, 90 – Tameze, 37.
Empoli – Fiorentina 2:1
Qol: Bandinelli, 87. Pinamonti, 89 – Vlahoviç, 57.
Yuventus – Atalanta 0:1
Qol: Sapata, 28.
Venetsiya – İnter 0:2
Qol: H.Çalhanoğlu, 34. L.Martines, 90+6-pen.
28 noyabr
Udineze – Cenoa 0:0
Milan – Sassuolo 1:3
Qol: Romanyoli, 21 – Skamakka, 24. Kyaer, 33-öz qapısına. Berardi, 66.
Spetsiya – Bolonya 0:1
Qol: Arnautoviç, 83-pen.
Roma – Torino 1:0
Qol: Abraham, 32.
Napoli – Latsio 4:0
Qol: Zelinski, 7. Mertens, 10; 29. Ruis, 85.
Bombardir: Çiro İmmobile (Latsio) – 10 qol.
Bizi Facebook-da izləyin