Son gündə iki heç-heçə

İtaliya A Seriyasında 13-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. Açılış oyununda lider “Yuventus” “Atalanta”nın qonağı olub. Turin təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

Turun mərkəzi görüşündə “Milan” “Napoli” ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüş heç-heçə başa çatıb. “İnter” isə bu turda “Torino” səfərinə yollanıb və darmadağınla qalib gəlib.

Turun əksər görüşləri bazar gününə təsadüf edib. Dörd qolun qeydə alındığı “Bolonya” – “Parma” matçında qalib müəyyənləşməyib. “Roma” doğma meydanda “Breşiya”nı darmadağın edib. Paytaxt digər təmsilçisi “Latsio” da səfərdə “Sassuolo”ya qalib gəlib.

“Fiorentina” səfərdə “Verona”ya, “Udineze” isə “Sampdoriya”ya məğlub olub.

Sonuncu oyun günündə iki görüş baş tutub. Dörd qolun qeydə alındığı “Leççe” – “Kalyari” matçında qalib müəyyənləşməyib. SPAL – “Cenoa” matçı da heç-heçə yekunlaşıb.

İtaliya A Seriyası, 13-cü tur

23 noyabr

Atalanta – Yuventus 1:3
Qol
: Qosens, 56 – İquayn, 74; 82. Dibala, 90+2.

Milan – Napoli 1:1
Qol
: Bonaventura, 29 – Lozano, 24.

Torino – İnter 0:3
Qol
: Martines, 12. De Vriy, 32. Lukaku, 55.

24 noyabr

Bolonya – Parma 2:2
Qol
: Palasio, 40. Dzemaili, 90+5 – Kuluşevski, 17. Yakoponi, 71.

Roma – Breşiya 3:0
Qol
: Smollinq, 49. Mançini, 57. Dzeko, 66.

Sassuolo – Latsio 1:2
Qol
: Kaputo, 45 – İmmobile, 34. Kaysedo, 90+1.

Verona – Fiorentina 1:0
Qol
: Di Karmine, 66.

Sampdoriya – Udineze 2:1
Qol
: Qabbyadini, 45+6. Ramirez, 75-pen – Nestorovski, 29.

25 noyabr

Leççe – Kalyari 2:2
Qol
: Lapadula, 83-pen. Kalderoni, 90+1 – J.Pedro, 30. Naynqqolan, 67.

SPAL – Cenoa 1:1
Qol
: Petanya, 55-pen – Sturaro, 57.

Bombardir: Çiro İmmobile (Latsio) – 15 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button