“Milan”la “İnter” qalib gəldi, “Napoli” uduzdu

Futbol üzrə İtaliya A Seriyasında 13-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Turun açılış matçında “Fiorentina” “Verona”nı qəbul edib. Bu görüşdə qalib müəyyənləşməyib. “Sampdoriya” “Krotone” ilə ev oyununda inamlı qələbəyə sevinib. “Yuventus” isə “Parma”nı sınağa çəkib. Turin təmsilçisi səfərdə 4 cavabsız qola sevinib.

Lider “Milan” bu tur çərçivəsində “Sassuolo” səfərinə yollanıb və növbəti qələbəsini qazanıb. “İnter” də “Spetsiya” ilə ev oyunundan qalib ayrılıb. Turun mərkəzi görüşü paytaxt Romada keçirilib: “Latsio” “Napoli” ilə qarşılaşıb. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər. Mövsümün iddialı komandalarından olan “Atalanta” isə bu tur çərçivəsində “Roma”nı darmadağın edib.

İtaliya A Seriyası, 13-cü tur

19 dekabr

Fiorentina – Verona 1:1
Qol
: Vlahoviç, 19-pen – Veloso, 8-pen.

Sampdoriya – Krotone 3:1
Qol
: Damsqaard, 26. Yankto, 36. Kvalyarella, 65 – Simi, 45+1-pen.

Parma – Yuventus 0:4
Qol
: Kuluşevski, 23. Ronaldo, 26; 48. Morata, 86.

20 dekabr

Torino – Bolonya 1:1
Qol
: Verdi, 69 – Soriano, 78.

Sassuolo – Milan 1:2
Qol
: Berardi, 89 – Leao, 1. Salemakers, 26.

İnter – Spetsiya 2:1
Qol
: Hakimi, 51. Lukaku, 71-pen – Pikkoli, 90+4.

Kalyari – Udineze 1:1
Qol
: Likoyannis, 27 – Lasanya, 57.

Benevento – Cenoa 2:0
Qol
: İnsinye, 57. Sau, 89-pen.

Atalanta – Roma 4:1
Qol
: Sapata, 59. Qosens, 70. Muriel, 72. İliçiç, 85 – Dzeko, 3.

Latsio – Napoli 2:0
Qol
: İmmobile, 9. Alberto, 56.

Bombardir: Kriştiano Ronaldo (Yuventus) – 12 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button