“Roma” 3 xalı 3 qolla qazandı
Futbol üzrə İtaliya A Seriyasında 12-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. Açılış matçında “Udineze” “Krotone”ni qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb. Günün digər matçında “Latsio” səfərdə “Benevento” ilə qarşılaşıb və heç-heçəyə razılaşıb.
Lider “Milan” bu tur çərçivəsində “Cenoa” səfərinə yollanıb və xal itkisi ilə üzləşib. Son çempion “Yuventus” da doğma meydanda “Atalanta” ilə oyundan xal itkisi ilə ayrılıb.
Turun mərkəzi görüşü Milanda keçirilib. Turnir cədvəlinin 2-ci sırasında yer alan “İnter” ən yaxın izləyicisi “Napoli”ni qəbul edib. Meydan sahibləri bu oyunda minimal hesabla üstün olublar.
“Parma” – “Kalyari”, “Spetsiya” – “Bolonya” və “Fiorentina” – “Sassuolo” oyunlarında qalib müəyyənləşməyib. “Verona” isə evdə “Sampdoriya”ya uduzub.
Turun qapanış matçında isə “Roma” “Torino”nu qəbul edib. Dörd qolun qeydə alındığı matç paytaxt təmsilçisinin qələbəsiylə yekunlaşıb.
İtaliya A Seriyası, 12-ci tur
15 dekabr
Udineze – Krotone 0:0
Benevento – Latsio 1:1
Qol: Şyattarella, 45 – İmmobile, 25.
16 dekabr
Yuventus – Atalanta 1:1
Qol: Kyeza, 29 – Freuler, 57.
Verona – Sampdoriya 1:2
Qol: Zakkayni, 70-pen – Ekdal, 41. Verre, 54.
Spetsiya – Bolonya 2:2
Qol: Nzola, 19; 63 – Dominqes, 72. Barrou, 90+2.
Parma – Kalyari 0:0
İnter – Napoli 1:0
Qol: Lukaku, 71-pen.
Cenoa – Milan 2:2
Qol: Destro, 47; 60 – Kalabria, 52. Kyatenqva, 83.
Fiorentina – Sassuolo 1:1
Qol: Vlahoviç, 35-pen – Traore, 13.
17 dekabr
Roma – Torino 3:1
Qol: Mxitaryan, 27. Veretu, 43-pen. Pelleqrini, 68 – Belotti, 73.
Bombardir: Zlatan İbrahimoviç (Milan), Kriştiano Ronaldo (Yuventus) – 10 qol.
Bizi Facebook-da izləyin