“Bolonya”dan inamlı qələbə
Futbol üzrə İtaliya A Seriyasında 11-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, turun açılış matçında “Atalanta” doğma meydanda “Latsio” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. “Yuventus” bu turda səfərdə “Verona”nı sınağa çəkib. Uğursuz mövsüm keçirən Turin təmsilçisi bu oyundan da məğlubiyyətlə ayrılıb. “Torino” isə “Sampdoriya” ilə ev oyununda darmadağına sevinib.
“İnter” isə “Udineze” ilə qarşılaşıb və inamlı qələbəyə sevinib. Turun mərkəzi görüşü paytaxt Romada keçirilib. Turnir cədvəlinin 2-ci pilləsində yer alan “Milan” “Roma”nın qonağı olub. Üç qolun qeydə alındığı bu oyun qonaqların qələbəsiylə yekunlaşıb. Lider “Napoli” də səfərdə “Salernitana”nı minimal hesabla üstələyib.
Turun qapanış matçında “Bolonya” doğma meydanda “Kalyari” ilə qarşılaşıb və inamlı qələbəyə sevinib.
İtaliya A Seriyası, 11-ci tur
30 oktyabr
Atalanta – Latsio 2:2
Qol: Sapata, 45+1. De Roon, 90+4 – Pedro, 18. İmmobile, 74.
Verona – Yuventus 2:1
Qol: Simeone, 11; 14 – Makkenni, 80.
Torino – Sampdoriya 3:0
Qol: Praet, 17. Sinqo, 52. Belotti, 90+3.
31 oktyabr
İnter – Udineze 2:0
Qol: Korrea, 60; 68.
Cenoa – Venetsiya 0:0
Sassuolo – Empoli 1:2
Qol: Tonelli, 43-öz qapısına – Pinamonti, 83-pen. Zurkovski, 90+2.
Fiorentina – Spetsiya 3:0
Qol: Vlahoviç, 44-pen; 62; 74.
Salernitana – Napoli 0:1
Qol: Zelinski, 61.
Roma – Milan 1:2
Qol: El Şaaravi, 90+3 – İbrahimoviç, 26; Kessye, 57-pen.
1 noyabr
Bolonya – Kalyari 2:0
Qol: De Silvestri, 50. Arnautoviç, 90+6.
Bombardir: Çiro İmmobile (Latsio) – 8 qol.
Bizi Facebook-da izləyin