Konfrans Liqası: “Qarabağ”, “Keşlə” və “Sumqayıt”ın rəqibi bəlli oldu
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Komanda.az xəbər verir ki, saat 15:30-da start götürən püşkatmada Azərbaycanın “Qarabağ”, “Sumqayıt” və “Keşlə” klublarının rəqibləri məlum olub.
“Qarabağ” səpələnmişlər, “Sumqayıt” və “Keşlə” isə səpələnməmişlər səbətində yer alıb. “Qarabağ” bu mərhələdə İsrailin “Aşdod” klubu ilə qarşılaşacaq.
“Sumqayıt” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Serbiyanın “Çukariçki”, “Keşlə” isə Rusiyanın “Soçi” klubu ilə qarşılaşacaq.
Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Neftçi” burda mübarizəni dayandırsa, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinə qoşulacaq. “Ağ-qaralar” burada Makkabi (Hayfa, İsrail) – Kayrat (Qazaxıstan) cütünün məğlubu ilə qarşılaşacaq.
UEFA Konfrans Liqası, 2-ci təsnifat mərhələsi
Əsas yol
Qarabağ – Aşdod (İsrail)
Çukariçki (Serbiya) – Sumqayıt
Soçi (Rusiya) – Keşlə
Bizi Facebook-da izləyin