“Espanyol” evdə, “Betis” səfərdə sevindi
Futbol üzrə İspaniya La Liqasında 9-cu tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Açılış matçında “Levante” turnir cədvəlinin sonuncusu “Xetafe”ni qəbul edib. Bu görüşdə qapılaraq qol vurulmayıb. “Real Sosyedad” isə “Malyorka”nın müqavimətini çətinliklə qıra bilib.
Turun mərkəzi görüşü Kataloniyada keçirilib. “Barselona” “Kamp Nou” stadionunda “Valensiya” ilə üz-üzə gəlib və əzmkar qələbəyə sevinib.
Bu həftə keçirilməli olan “Real” – “Atletik” və “Qranada” – “Atletiko” (Madrid) matçları təxirə salınıb. Belə qərarın verilməsinə DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələ oyunları səbəb olub. Bu görüşlərin Çempionlar Liqasında çıxış edən İspaniya klublarına mənfi təsir edəcəyi bildirilib. Çünki sözügedən klubların bir neçə futbolçusu milli komandaların düşərgəsində olduğundan, qarşıdakı oyunlarda heyətlə bağlı problemlə üzləşə bilərdilər.
Sonuncu oyun günündə iki görüş baş tutub. “Alaves” evdə “Betis”ə minimal hesabla uduzub. “Espanyol” isə “Kadis”i 2 cavabsız qolla məğlub edib.
İspaniya La Liqası, 9-cu tur
16 oktyabr
Levante – Xetafe 0:0
Real Sosyedad – Malyorka 1:0
Qol: Lobete, 90.
17 oktyabr
Rayo Valyekano – Elçe 2:1
Qol: M.Hernandes, 26. Nteka, 65 – Boye, 14.
Selta – Sevilya 0:1
Qol: Mir, 54.
Vilyarreal – Osasuna 1:2
Qol: Moreno, 55 – Torro, 26. Avila, 87.
Barselona – Valensiya 3:1
Qol: Fati, 13. Depay, 41-pen. Koutinyo, 85 – Qaya, 5.
18 oktyabr
Alaves – Betis 0:1
Qol: B.İqlesias, 89.
Espanyol – Kadis 2:0
Qol: De Tomas, 45+1. Melamet, 65.
Bombardir: Kərim Benzema (Real) – 9 qol.
Bizi Facebook-da izləyin