“Selta”ya qələbə üçün bir qol bəs etdi
Futbol üzrə İspaniya La Liqasında 7-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. Turun açılış matçında “Atletiko” səfərdə autsayder “Alaves”in qonağı olub. Son çempion bu oyundan xalsız dönüb.
Lider “Real” bu turda “Vilyarreal”ın müqavimətini qırmağa çalışıb. Lakin Madrid təmsilçisi də turu xal itkisi ilə başa vurub. “Valensiya” – “Atletik” matçı da heç-heçə bitib. “Sevilya” isə “Espanyol”u məğlub yola salıb.
Mövsümə uğursuz start verən və 7-ci pillədə yer alan “Barselona”nın rəqibi “Levante” olub. Kataloniya təmsilçisi bu oyunda darmadağına sevinib.
Turun son matçında “Selta” ilə “Qranada” komandaları üz-üzə gəliblər. Meydan sahibləri bu görüşdən minimal hesabla qalib ayrılıblar.
İspaniya La Liqası, 7-ci tur
25 sentyabr
Alaves – Atletiko 1:0
Qol: Laquardiya, 4.
Valensiya – Atletik 1:1
Qol: M.Andre, 90+5 – Martines, 69.
Sevilya – Espanyol 2:0
Qol: En Nesiri, 13. Mir, 87.
Real – Vilyarreal 0:0
26 sentyabr
Malyorka – Osasuna 2:3
Qol: D.Rodriqes, 11. Nino, 45+4 – Kote, 9. İ.Peres, 58. Martines, 88.
Barselona – Levante 3:0
Qol: Depay, 6-pen. De Yonq, 14. Fati, 90+1.
Rayo Valyekano – Kadis 3:1
Qol: A.Qarsiya, 9. Falkao, 44. Palazon, 87 – Haroyan, 23.
Real Sosyedad – Elçe 1:0
Qol: Oyarzabal, 81.
Betis – Xetafe 2:0
Qol: V.Xose, 14; 55.
27 sentyabr
Selta – Qranada 1:0
Qol: D.Suares, 90+4.
Bombardir: Kərim Benzema (“Real”) – 8 qol.
Bizi Facebook-da izləyin