“Barselona” qalib gəldi, “Atletiko” xal itirdi

Futbol üzrə İspaniya La Liqasında 3-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. Turun açılış matçında “Malyorka” və “Espanyol” komandaları üz-üzə gəlib. Bu oyunda meydan sahibləri minimal hesabla üstün olublar. “Valensiya” da doğma meydanda “Alaves”i qəbul edib və darmadağına sevinib.

Şənbə günü daha dörd qarşılaşma baş tutub. Səfərdə “Elçe” ilə qarşılaşan “Sevilya” turu 1 xalla başa vurub. “Selta”nın qonağı olan “Atletik” isə minimal hesabla qalib gəlib. “Real Sosyedad” da “Levante” ilə ev oyunundan oxşar qələbə ilə ayrılıb. “Real” bu turda çətin “Betis” səfərinə yollanıb. Madrid təmsilçisi də 3 xalı tək qolla qazanıb.

Sonuncu oyun günündə dörd matç keçirilib. “Barselona” doğma meydanda “Xetafe” ilə qarşılaşıb və qələbə qazanıb. “Kadis” evdə “Osasuna”ya uduzubsa, “Rayo Valyekano” “Qranada” ilə oyunda darmadağına sevinib. Son çempion “Atletiko”nun bu turdakı rəqibi “Vilyarreal” olub. Madrid təmsilçisi bu görüşdən xal itkisi ilə ayrılıb.

İspaniya La Liqası, 3-cü tur

27 avqust

Malyorka – Espanyol 1:0
Qol
: D.Rodriqes, 27.

Valensiya – Alaves 3:0
Qol
: Vass, 3. Soler, 45+2. Qedes, 60.

28 avqust

Selta – Atletik 0:1
Qol
: Uilyams, 34.

Elçe – Sevilya 1:1
Qol
: Roko, 11 – En Nesiri, 40.

Real Sosyedad – Levante 1:0
Qol
: Barrenetxea, 42.

Betis – Real 0:1
Qol
: Karvahal, 61.

29 avqust

Barselona – Xetafe 2:1
Qol
: S.Roberto, 2. Depay, 30 – Ramires, 18.

Kadis – Osasuna 2:3
Qol
: A.Fernandes, 16; 66-pen – Kike, 60-pen. R.Torres, 90+1. D.Qarsiya, 90+5.

Rayo Valyekano – Qranada 4:0
Qol
: A.Qarsiya, 3. Trexo, 23-pen. Nteka, 43. Komesana, 58.

Atletiko – Vilyarreal 2:2
Qol
: L.Suares, 56. Mandi, 90+5-öz qapısına – Triqeros, 52. Danjuma, 74.

Bombardir: Vinisius Junior (“Real”), Anxel Korrea (“Atletiko”), Erik Lamela (“Sevilya”) – 3 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button