“Real” “Valensiya”nı məğlub yola saldı
İspaniya La Liqasında 29-cu tura yekun vurulub.
Komanda.az xəbər verir ki, turun açılış matçında “Levante” və “Sevilya” üz-üzə gəlib. Qarşılaşma heç-heçə başa çatıb. Dörd qolun qeydə alındığı “Betis” – “Qranada” matçında da qalib müəyyənləşməyib.
Lider “Barselona” bu turda autsayder “Leqanes”i qəbul edib. Kataloniya təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.
28-ci turda “Atletik”lə qollu bərabərə qalan “Atletiko” “Osasuna” səfərinə yollanıb və 5 cavabsız qolla qalib gəlib.
Turun mərkəzi görüşündə Madrid “Real”ı “Valensiya”nı sınağa çəkib. Meydan sahibləri bu görüşdə darmadağına seviniblər.
İspaniya La Liqası, 29-cu tur
15 iyun
Levante – Sevilya 1:1
Qol: D.Karlos, 87-öz qapısına – De Yonq, 46.
Betis – Qranada 2:2
Qol: Kanales, 84-pen. Telyo, 88 – C.Fernandes, 29. Soldado, 90+1.
16 iyun
Xetafe – Espanyol 0:0
Vilyarreal – Malyorka 1:0
Qol: Bakka, 16.
Barselona – Leqanes 2:0
Qol: Fati, 42. Messi, 69-pen.
17 iyun
Eybar – Atletik 2:2
Qol: Kike, 19. Orelyana, 78-pen – R.Qarsiya, 8-pen. Vilyalibre, 81.
Valyadolid – Selta 0:0
Osasuna – Atletiko 0:5
Qol: J.Feliks, 27; 56. Lyorente, 79. Morata, 82. Karrasko, 88..
18 iyun
Alaves – Real Sosyedad 2:0
Qol: Sayns, 56. Aquirreqabiria, 90+6.
Real – Valensiya 3:0
Qol: Benzema, 61; 86. Asensio, 74.
Bombardir: Lionel Messi (Barselona) – 21 qol.
Bizi Facebook-da izləyin