“Malyorka” “Atletik”i məğlub yola saldı

Futbol üzrə İspaniya La Liqasında 24-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında “Sevilya” “Elçe”ni qəbul edib və inamlı qələbəyə sevinib.

Şənbə günü daha dörd görüş baş tutub. Lider “Real” səfərdə “Vilyarreal”la qarşılaşıb. Madrid təmsilçisi bu oyundan qolsuz və 1 xalla ayrılıb. “Kadis” – “Selta” matçında da qapılara qol vurulmayıb. “Osasuna” səfərdə “Rayo Valyekano”nu 3 cavabsız qolla üstələyib. Madrid “Atletiko”su isə evdə “Xetafe” ilə qarşılaşıb. Yeddi qolun qeydə alındığı matç paytaxt təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Bazar günü daha dörd qarşılaşma baş tutub. Altı qolun qeydə alındığı “Levante” – “Betis” matçında qonaqlar qalib gəliblər.

“Alaves” “Valensiya”nı, “Real Sosyedad” isə “Qranada”nı məğlub yola salıb. Kataloniya derbisində səfərdə “Espanyol”la qarşılaşan “Barselona” da məğlubiyyətdən son anda qurtulub.

Turun qapanış matçında “Malyorka” “Atletik”lə qarşılaşıb. Beş qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

İspaniya La Liqası, 24-cü tur

11 fevral

Sevilya – Elçe 2:0
Qol
: P.Qomes, 70. Mir, 76.

12 fevral

Kadis – Selta 0:0

Vilyarreal – Real 0:0

Rayo Valyekano – Osasuna 0:3
Qol
: Monkayola, 8. R.Qarsiya, 40. K.Qarsiya, 90+3.

Atletiko – Xetafe 4:3
Qol
: Korrea, 19; 45+4. Kunya, 27. Hermoso, 89 – Mayoral, 30. E.Ünal, 37; 42.

13 fevral

Alaves – Valensiya 2:1
Qol
: Loum, 14. Xoselu, 76-pen – Qedes, 62.

Levante – Betis 2:4
Qol
: D.Qomes, 43; 47 – Fekir, 14; 49. E.Qonsales, 29. Karvalyo, 42.

Real Sosyedad – Qranada 2:0
Qol
: Oyarzabal, 37-pen. Rafinya, 74.

Espanyol – Barselona 2:2
Qol
: Darder, 40. De Tomas, 64 – Pedri, 2. De Yonq, 90+6.

14 fevral

Malyorka – Atletik 3:2
Qol
: Sevilya, 22-pen. Anxel, 30. Kubo, 88 – R.Qarsiya, 59. Berencer, 61.

Bombardir: Kərim Benzema (“Real”) – 17 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button