“Atletik” “Espanyol”u məğlub yola saldı

Futbol üzrə İspaniya La Liqasında 23-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Autsayder “Levante” səfərdə “Xetafe”nin qonağı olub. Meydan sahibləri bu oyunda darmadağına seviniblər.

Şənbə günü dörd qarşılaşma baş tutub. “Elçe” “Alaves”i, “Malyorka” “Kadis”i, “Selta” isə “Rayo Valyekano”nu məğlub yola salıb. İkinci pillədə qərarlaşan “Sevilya” isə səfərdə “Osasuna” ilə qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb.

Lider “Real” bu turda “Qranada”nı qəbul edib və minimal hesabla qalib gəlib. Turun mərkəzi görüşündə “Barselona” “Kamp Nou”da Madridin “Atletiko” komandası ilə qarşılaşıb. Altı qolun qeydə alındığı bu oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.

Sonuncu oyun günündə “Atletik” “Espanyol”u qəbul edib. Üç qolun qeydə alındığı oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

İspaniya La Liqası, 23-cü tur

4 fevral

Xetafe – Levante 3:0
Qol
: E.Ünal, 1; 29. Alena, 90+5.

5 fevral

Elçe – Alaves 3:1
Qol
: Milla, 46; 58. Fidel, 86 – Xoselu, 18.

Malyorka – Kadis 2:1
Qol
: Sevilya, 20-pen. Muriqi, 66-pen – Alkaras, 8.

Selta – Rayo Valyekano 2:0
Qol
: Mendes, 12; 80.

Osasuna – Sevilya 0:0

6 fevral

Valensiya – Real Sosyedad 0:0

Barselona – Atletiko 4:2
Qol
: Alba, 10. Qabi, 21. Arauxo, 43. D.Alveş, 49 – Karrasko, 8. L.Suares, 58.

Betis – Vilyarreal 0:2
Qol
: Torres, 41. Kapue, 83.

Real – Qranada 1:0
Qol
: Asensio, 74.

7 fevral

Atletik – Espanyol 2:1
Qol
: Sanset, 5. Martines, 16 – Vilhena, 3.

Bombardir: Kərim Benzema (“Real”) – 17 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button