“Real”dan ilk oyunda xal itkisi

Futbol üzrə İspaniya La Liqasında 2-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Turun açılış matçında “Vilyarreal” doğma meydanda “Eybar”ı qəbul edib. “Xetafe” “Osasuna” ilə, “Selta” isə “Valensiya” ilə üz-üzə gəlib. Hər üç meydan sahiblərinin qələbəsiylə başa çatıb.

“Betis” “Valyadolid”i, “Qranada” “Alaves”i məğlub yola salıb. Səfərdə “Hueska” ilə qarşılaşan “Kadis” də turu qələbə ilə başa vurub. Son çempion “Real” ikinci tur çərçivəsində səfərdə “Real Sosyedad”ın qonağı olub. Madrid təmsilçisi yeni mövsümdəki ilk oyunundan xal itkisi ilə ayrılıb.

“Levante” – “Atletiko”, “Sevilya” – “Elçe” və “Atletik” – “Barselona” görüşləri təxirə salınıb.

İspaniya La Liqası, 2-ci tur

19 sentyabr

Vilyarreal – Eybar 2:1
Qol
: Moreno, 63. Alkaser, 71 – Kike, 50.

Xetafe – Osasuna 1:0
Qol
: Mata, 54.

Selta – Valensiya 2:1
Qol
: Aspas, 13; 57 – M.Qomes, 46.

20 sentyabr

Hueska – Kadis 0:2
Qol
: Neqredo, 11. Pombo, 83.

Betis – Valyadolid 2:0
Qol
: N.Fekir, 10. Karvalyo, 18.

Qranada – Alaves 2:1
Qol
: Soldado, 7. Maçis, 79 – Xoselu, 22.

Real Sosyedad – Real 0:0

Bombardir: Xose Luis Morales (Levante), Manu Valyexo (Valensiya) – 2 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button