“Sevilya”dan səfər qələbəsi

Futbol üzrə İspaniya La Liqasında 19-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Valensiya” doğma meydanda Kataloniya təmsilçisi “Espanyol”u qəbul edib. Üç qolun qeydə alındığı bu matçda qonaqlar əzmkar qələbəyə seviniblər.

Lider “Real” bu turda “Xetafe”, “Barselona” isə “Malyorka” səfərinə yollanıb. Madrid təmsilçisi səfərdən xalsız qayıdıb. Kataloniyalılar isə qələbəyə seviniblər. “Atletiko”nun bu turdakı rəqibi “Rayo Valyekano” olub. Son çempion da turu inamlı qələbəylə başa vurub.

Sonuncu oyun günündə üç görüş baş tutub. “Vilyarreal” doğma meydanda “Levante”yə 5 cavabsız qolla qalib gəlib. Dörd qolun qeydə alındığı “Osasuna” – “Atletik” matçında qonaqlar inamlı qələbəyə seviniblər. Səfərdə “Kadis”lə qarşılaşan “Sevilya” da turu qələbə ilə başa vurub.

İspaniya La Liqası, 19-cu tur

31 dekabr

Valensiya – Espanyol 1:2
Qol
: Alderete, 51 – De Tomas, 83. Puado, 89.

2 yanvar

Xetafe – Real 1:0
Qol
: E.Ünal, 9.

Atletiko – Rayo Valyekano 2:0
Qol
: Korrea, 28; 53.

Elçe – Qranada 0:0

Alaves – Real Sosyedad 1:1
Qol
: Xoselu, 58-pen – Yanuzay, 14.

Betis – Selta 0:2
Qol
: Aspas, 36; 45+2.

Malyorka – Barselona 0:1
Qol
: De Yonq, 44.

3 yanvar

Vilyarreal – Levante 5:0
Qol
: Dia, 8. Torres, 13. Moreno, 37; 79. Triqeros, 74.

Osasuna – Atletik 1:3
Qol
: Qarsiya, 10 – Sanset, 16; 25; 68.

Kadis – Sevilya 0:1
Qol
: Okampos, 58.

Bombardir: Kərim Benzema (“Real”) -15 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button