“Valensiya”dan çətin qələbə

Futbol üzrə İspaniya La Liqasında 18-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında “Selta” doğma meydanda “Espanyol”la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matçda meydan sahibləri inamlı qələbəyə seviniblər.

Şənbə günü dörd qarşılaşma baş tutub. “Rayo Valyekano” “Alaves”i məğlub yola salıbsa, “Real Sosyedad” doğma meydanda “Vilyarreal”a məğlub olub.

“Barselona” bu turda “Elçe”ni qəbul edib. Beş qolun qeydə alındığı matç Kataloniya təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Turun mərkəzi görüşündə “Atletiko” səfərdə “Sevilya” ilə üz-üzə gəlib. Üç qolluq bu qarşılaşma da meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Bazar günü daha dörd görüş baş tutub. “Qranada” “Malyorka” ilə ev oyununda darmadağına sevinib. “Atletik” “Betis”i, “Xetafe” isə “Osasuna”nı məğlub yola salıb. “Real” isə doğma meydanda “Kadis”lə qarşılaşıb və xal itkisi ilə üzləşib.

Turun son matçında “Levante” doğma meydanda “Valensiya” ilə qarşılaşıb. Yeddi qolun qeydə alındığı bu matçda qonaqlar qələbə qazanıblar.

İspaniya La Liqası, 18-ci tur

17 dekabr

Selta – Espanyol 3:1
Qol
: Mina, 3. Aspas, 47. D.Suares, 82 – Moron, 90+2.

18 dekabr

Rayo Valyekano – Alaves 2:0
Qol
: Qvardiola, 19. Katena, 26.

Real Sosyedad – Vilyarreal 1:3
Qol
: İsak, 32 – Moreno, 38; 68. Çukvueze, 90+6.

Barselona – Elçe 3:2
Qol
: Yutqla, 16. Qavi, 19. Niko, 85 – Morente, 62. Milya, 63.

Sevilya – Atletiko 2:1
Qol
: Rakitiç, 7. Okampos, 89 – Felipe, 33.

19 dekabr

Qranada – Malyorka 4:1
Qol
: Molina, 20; 61; 90+1. Puertas, 90+6 – D.Rodriqes, 24.

Atletik – Betis 3:2
Qol
: Uilyams, 2; 72. De Markos, 89 – Xuanmi, 6. Fekir, 52.

Xetafe – Osasuna 1:0
Qol
: Poveda, 90+3.

Real – Kadis 0:0

20 dekabr

Levante – Valensiya 3:4
Qol
: Kampana, 21. Marti, 24. Bardi, 90+1 – Qedes, 44; 85. Soler, 50-pen; 72.

Bombardir: Kərim Benzema (“Real”) – 13 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button