La Liqada yeni lider
İspaniya La Liqasında 10-cu tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış oyununda “Vilyarreal” “Alaves”i qəbul edib. Beş qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.
Turun maraqla gözlənilən qarşılaşmasında “Atletiko” doğma azarkeşləri qarşısında “Atletik”i qonaq edib. Madrid təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib.
Sonuncu oyun gününə beş qarşılaşma təsadüf edib. “Selta” evdə “Real Sosyedad”a, “Levante” “Espanyol”a məğlub olub.
“Qranada” “Betis”i, “Osasuna” da “Valensiya”nı məğlub yola salıb.
“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sevilya” isə “Xetafe”ni sınağa çəkib və inamlı qələbəyə sevinib.
Bu tur keçirilməli olan “Barselona” – “Real” oyunu Kataloniyadakı iğtişaşlar səbəbindən təxirə salınıb. Görüşün dekabrın 18-də keçiriləcəyi gözlənilir. Məhz bu üzdən baş tutan oyunlar nəticəsində “Qranada” hazırda La Liqanın vahid liderinə çevrilib.
İspaniya La Liqası, 10-cu tur
25 oktyabr
Vilyarreal – Alaves 4:1
Qol: Ekambi, 13; 66. Moreno, 84. Ontiveros, 90+1 – L.Peres, 50.
26 oktyabr
Leqanes – Malyorka 1:0
Qol: Breytveyt, 31.
Valyadolid – Eybar 2:0
Qol: Qvardiola, 10. Salisu, 39.
Atletiko – Atletik 2:0
Qol: Saul, 28. Morata, 64.
27 oktyabr
Selta – Real Sosyedad 0:1
Qol: İsak, 82.
Qranada – Betis 1:0
Qol: Vadillo, 61.
Levante – Espanyol 0:1
Qol: Bernardo, 38.
Sevilya – Xetafe 2:0
Qol: Çiçarito, 69. Okampos, 78.
Osasuna – Valensiya 3:1
Qol: Oyer, 34. R.Qarsiya, 48. Estupinan, 80 – Rodriqo, 14.
Bombardir: Loren (Betis), Gerrard Moreno (Vilyarreal) – 7 qol.
Bizi Facebook-da izləyin