“Keşlə” 800, “Səbail” 1600 manat cərimələndi
Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:
Premyer Liqanın 19-cu turunun “Neftçi” – “Keşlə” matçının 61-ci dəqiqəsində “Keşlə” klubunun köməkçi məşqçisi Azər Bağırov oyunu ləngitdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur.
“Qəbələ” – “Səbail” oyununda “Qəbələ” klubunun 71 nömrəli futbolçusu Rüfət Əhmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Matçın 67-ci dəqiqəsində “Səbail” klubunun 20 nömrəli futbolçusu Ruslan Hacıyev “kobud oyun”a görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.
Oyun öncəsi yanğınsöndürən nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunur.
Bizi Facebook-da izləyin