Divizion klublarına xəbərdarlıq edildi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda 1-ci divizionun 2-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
MOİK – “Səbail-2” oyunu gec başladığı üçün meydan sahibi klub 160 manat cərimə olunur;
MOİK – “Səbail-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur;
“Keşlə-2” – “Sabah-2” görüşü hər iki klub oyunçularının geyimlərindəki qüsurlara görə gec başladığı üçün hər iki klub 80 manat cərimə olunur;
“Qaradağ Lökbatan” – “Kəpəz” oyununda “Qaradağ Lökbatan” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
“Qaradağ Lökbatan” – “Kəpəz” oyunu gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunur;
“Zaqatala” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
21.09.2021-22.09.2021-ci ildə 1-ci divizionun 2-ci turunun oyunlarında MOİK, “Keşlə-2”, ”Qəbələ-2”, “Neftçi-2”, “Qarabağ-2”, “Zaqatala” klubları əvəzetmə vaxtı ilə bağlı nəzərdə tutulmuş limiti pozduğu üçün həmin klublara xəbərdarlıq edilir.
Bizi Facebook-da izləyin