“Qəbələ”yə 2400 manatlıq cərimə – legionerinə görə
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:
Premyer Liqanın 20-ci turunun “Qəbələ” – “Zirə” oyununda “Qəbələ” klubunun futbolçusu Merab Qiqauri təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur;
“Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
20-c turun “Neftçi” – “Səbail” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin