“Liverpul”la MS “sülh bağladı”, “Arsenal” darmadağın oldu

Futbol üzrə İngiltərə Premyer Liqasında 8-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun açılış matçında “Brayton” “Bernli” ilə qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb. “Sauthempton” isə “Nyukasl”la üz-üzə gəlib və rəqibini məğlub yola salıb.

“Çelsi” bu turda “Şeffild Yunayted”i sınağa çəkib və darmadağına sevinib. “Mançester Yunayted” çətin “Everton” səfərindən inamlı qələbə ilə dönüb. “Vest Hem” “Fulhem”i minimal hesabla üstələyibsə, “Kristal Pelas” evdə “Lids”i böyük hesabla məğlub edib.

Turun mərkəzi görüşü Mançesterdə keçirilib. Xosep Qvardiolanın rəhbərlik etdiyi “Mançester Siti” doğma meydanda lider “Liverpul”u qəbul edib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar. “Arsenal” doğma meydanda “Aston Villa”ya böyük hesabla uduzub. “Tottenhem” səfərdə “Vest Bromviç”i minimal hesabla üstələyibsə, “Lester” də “Vulverhempton”dan güclü olub.

İngiltərə Premyer Liqası, 8-ci tur

6 noyabr

Brayton – Bernli 0:0

Sauthempton – Nyukasl 2:0
Qol
: Adams, 7. Armstronq, 82.

7 noyabr

Everton – Mançester Yunayted 1:3
Qol
: Bernard, 19 – B.Fernandes, 25; 32. Kavani, 90+5.

Kristal Pelas – Lids 4:1
Qol
: Dann, 12. Eze, 22. Kosta, 42-öz qapısına. Ayyu, 70 – Bemford, 27.

Çelsi – Şeffild Yunayted 4:1
Qol
: Abraham, 23. Çilluel, 34. T.Silva, 77. Verner, 80 – Makqoldrik, 9.

Vest Hem – Fulhem 1:0
Qol: Souçek, 90+2.

8 noyabr

Vest Bromviç – Tottenhem 0:1
Qol
: H.Keyn, 88.

Lester – Vulverhempton 1:0
Qol
: Vardi, 15-pen.

Mançester Siti – Liverpul 1:1
Qol
: Q.Jezus, 31 – Salah, 13-pen.

Arsenal – Aston Villa 0:3
Qol
: Saka, 25-öz qapısına. Uotkins, 72; 75.

Bombardir: Məhəmməd Salah (Liverpul), Ceymi Vardi (Lester), Dominik Kalvert-Lyuin (Everton), Son Hın Min (Tottenhem) – 8 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button