“Çelsi” inamlı qələbəyə sevindi

Futbol üzrə İngiltərə Premyer Liqasında 24-cü tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib. Turun açılış matçında son çempion “Liverpul” çətin “Lester” səfərinə yollanıb. “Qırmızılar” bu oyunda hesabı açdıqları halda, meydanı məğlub tərk ediblər. Lider “Mançester Siti”nin bu turdakı rəqibi isə Joze Mourinyonun çalışdırdığı “Tottenhem” olub. “Şəhərlilər” bu oyunda 3 cavabsız qola seviniblər.

“Kristal Pelas” evdə “Bernli”yə böyük hesabla uduzubsa, “Brayton” – “Aston Villa” matçında qapılara qol vurulmayıb.

Bazar günü daha dörd görüş baş tutub. “Everton” evdə “Fulhem”ə, “Sauthempton” isə “Vulverhempton”ə uduzub.

“Mançester Yunayted” autsayder “Vest Bromviç”in qonağı olub və xal itkisi ilə üzləşib. “Arsenal” isə evdə “Lids”lə məhsuldar qarşılaşmadan inamlı qələbə ilə ayrılıb.

Turun son matçında “Çelsi” doğma meydanda “Nyukasl”ı qəbul edib və inamlı qələbəyə sevinib.

İngiltərə Premyer Liqası, 24-cü tur

13 fevral

Lester – Liverpul 3:1
Qol
: Meddison, 78. Vardi, 81. Barnes, 85 – Salah, 67.

Kristal Pelas – Bernli 0:3
Qol
: Qudmundsson, 5. Rodriqes, 10. Louton, 47.

Mançester Siti – Tottenhem 3:0
Qol
: Rodri, 23-pen. İ.Gündoğan, 50; 66.

Brayton – Aston Villa 0:0

14 fevral

Sauthempton – Vulverhempton 1:2
Qol
: İnqs, 25 – Neves, 53-pen. Neto, 66.

Vest Bromviç – Mançester Yunayted 1:1
Qol
: Diaqne, 2 – B.Fernandes, 44.

Arsenal – Lids 4:2
Qol
: Obameyanq, 13; 41; 47. Belyerin, 45 – Streyk, 58. Kosta, 69.

Everton – Fulhem 0:2
Qol
: Maya, 48; 65.

15 fevral

Vest Hem – Şeffild Yunayted 3:0
Qol
: Rays, 41-pen. Diop, 58. Frederiks, 90+6.

Çelsi – Nyukasl 2:0
Qol
: Jiru, 31. Verner, 39.

Bombardir: Məhəmməd Salah (Liverpul) – 17 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button