“Mançester Yunayted” “Vulverhempton”a məğlub oldu
Futbol üzrə İngiltərə Premyer Liqasında 21-ci tura start verilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.
Turun açılış matçında “Arsenal” doğma meydanda lider “Mançester Siti”ni qəbul edib. Üç qolun qeydə alındığı matç “şəhərlilər”in qələbəsiylə yekunlaşıb. “Tottenhem” “Uotford” səfərinə yollanıb və minimal hesabla qalib gəlib. “Kristal Pelas” isə “Vest Hem”in müqavimətini qırmağa çalışıb. Üç qolun qeydə alındığı bu oyunda da qonaqlar qələbəyə seviniblər.
Turun mərkəzi görüşü Londonda keçirilib. Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Çelsi” doğma meydanda ən yaxın izləyicisi “Liverpul”la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
“Mançester Yunayted” bu turda doğma meydanda “Vulverhempton”a məğlub olub.
Bu tur keçirilməli olan “Lester” – “Norviç” və “Sauthempton” – “Nyukasl” matçları komandaların heyətlərində koronavirusa yoluxma hallarının artması səbəbindən baş tutmayacaq.
İngiltərə Premyer Liqası, 21-ci tur
1 yanvar
Arsenal – Mançester Siti 1:2
Qol: Saka, 31 – Mahrez, 57-pen. Rodri, 90+3.
Uotford – Tottenhem 0:1
Qol: D.Sançes, 90+6.
Kristal Pelas – Vest Hem 2:3
Qol: Eduard, 83. Olise, 90 – M.Antonio, 22. Lanzini, 25; 45+5.
2 yanvar
Brentford – Aston Villa 2:1
Qol: Vissa, 42. Rasmussen, 83 – İnqs, 16.
Lids – Bernli 3:1
Qol: Harrison, 39. Dallas, 77. D.Ceyms, 90+1 – Korne, 54.
Everton – Brayton 2:3
Qol: Qordon, 53; 76 – Makallister, 3; 71. Börn, 21.
Çelsi – Liverpul 2:2
Qol: Kovaçiç, 42. Pulişiç, 45+1 – Mane, 9. Salah, 26.
3 yanvar
Mançester Yunayted – Vulverhempton 0:1
Qol: Moutinyo, 82.
Bombardir: Məhəmməd Salah (“Liverpul”) – 15 qol.
Bizi Facebook-da izləyin