“Mançester Yunayted”dən inamlı qələbə

Futbol üzrə İngiltərə Premyer Liqasında 20-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.

Ötən tur “Arsenal”a 0:5 hesabıyla uduzan autsayder “Norviç” bu dəfə “Kristal Pelas” səfərində darmadağına üzülüb. “Tottenhem” “Sauthempton”la səfər oyunundan 1 xalla qayıdıb. “Liverpul” isə səfərdə “Lester”in müqavimətini qırmağa çalışsa da, turu xalsız başa vurub.

“Çelsi” doğma meydanda “Brayton”la qarşılaşıb. London təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb. Lider “Mançester Siti”nin bu turdakı rəqibi “Brentford” olub. “Şəhərlilər” səfərdə minimal hesabla qələbə qazanıblar.

Bu tur keçirilməli olan “Lids” – “Aston Villa”, “Arsenal” – “Vulverhempton” və “Everton” – “Nyukasl” matçları komandaların heyətlərində koronavirusa yoluxma halları olması səbəbindən təxirə salınıb.

Sonuncu oyun günündə “Mançester Yunayted” doğma meydanda “Bernli” üzərində inamlı qələbəyə sevinib.

İngiltərə Premyer Liqası, 20-ci tur

28 dekabr

Kristal Pelas – Norviç 3:0
Qol
: Eduard, 8-pen. Mateta, 38. Şlupp, 42.

Sauthempton – Tottenhem 1:1
Qol
: Uord-Prauz, 25 – Keyn, 41-pen.

Uotford – Vest Hem 1:4
Qol
: Dennis, 4 – Souçek, 27. Benrahma, 29. Noble, 58-pen. Vlaşiç, 90+2.

Lester – Liverpul 1:0
Qol
: Lukman, 59.

29 dekabr

Çelsi – Brayton 1:1
Qol
: Lukaku, 28 – Uelbek, 90+1.

Brentford – Mançester Siti 0:1
Qol
: Foden, 16.

30 dekabr

Mançester Yunayted – Bernli 3:1
Qol
: Maktominay, 8. Mi, 27-öz qapısına. Ronaldo, 35 – Lennon, 38.

Bombardir: Məhəmməd Salah (“Liverpul”) – 15 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button