“Liverpul”dan inamlı qələbə, “Çelsi”dən xal itkisi
Futbol üzrə İngiltərə Premyer Liqasında 17-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Əvvəlcə səfərdə “Norviç Siti” ilə qarşılaşan “Aston Villa” inamlı qələbəyə sevinib. Lider “Mançester Siti” isə doğma meydanda “Lids”i biabırçı hesabla məğlub edib. “Arsenal” doğma meydanda “Vest Hem” üzərində inamlı qələbə qazanıb.
“Çelsi”nin bu turdakı rəqibi “Everton” olub. London təmsilçisi bu oyunda xal itkisi ilə üzləşib. Tura “Liverpul” – “Nyukasl” matçıyla yekun vurulub. Dörd qolun qeydə alındığı oyun meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.
Bu tur keçirilməli olan “Brentford” – “Mançester Yunayted”, “Bernli” – “Uotford” və “Lester Siti” – “Tottenhem” matçları qonaq komandaların heyətində koronavirusa kütləvi yoluxma olduğu üçün təxirə salınıb.
İngiltərə Premyer Liqası, 17-ci tur
14 dekabr
Norviç – Aston Villa 0:2
Qol: Remsi, 34. Uotkins, 87.
Mançester Siti – Lids 7:0
Qol: Foden, 8. Qriliş, 13. De Bruyne, 32; 62. Mahrez, 49. Stounz, 74. Ake, 78.
15 dekabr
Brayton – Vulverhempton 0:1
Qol: Saiss, 45+1.
Kristal Pelas – Sauthempton 2:2
Qol: Zaha, 2. Ayyu, 65 – Uord-Prauz, 32. Broya, 36.
Arsenal – Vest Hem 2:0
Qol: Martinelli, 48. Smit Rou, 87.
16 dekabr
Çelsi – Everton 1:1
Qol: Maunt, 70 – Brentueyt, 74.
Liverpul – Nyukasl 3:1
Qol: Jota, 21. Salah, 25. Aleksandr-Arnold, 87 – Şelvi, 7.
Bombardir: Məhəmməd Salah (Liverpul) – 14 qol.
Bizi Facebook-da izləyin