“Liverpul” uduzdu, “Arsenal” qalib gəldi

Futbol üzrə İngiltərə Premyer Liqasında 11-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Açılış matçında “Sauthempton” doğma meydanda “Aston Villa”nı qəbul edib və minimal hesabla qalib gəlib.

Turun mərkəzi görüşü Mançesterdə keçirilib. “Mançester Yunayted” əzəli rəqibi “Mançester Siti”nin müqavimətini qırmağa çalışıb. Amma qarşılaşma qonaqların qələbəsiylə yekunlaşıb.

Lider “Çelsi” bu turda “Bernli” ilə qarşılaşıb və xal itkisi ilə üzləşib.

Sonuncu oyun günündə dörd qarşılaşma baş tutub. “Tottenhem” səfərdə “Everton”la qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb. “Lids” – “Lester Siti” matçında da qalib müəyyənləşməyib. “Arsenal” “Uotford”u minimal hesabla məğlub edib. “Liverpul” isə səfərdə “Vest Hem”ə uduzub.

İngiltərə Premyer Liqası, 11-ci tur

5 noyabr

Sauthempton – Aston Villa 1:0
Qol
: Armstronq, 3.

6 noyabr

Mançester Yunayted – Mançester Siti 0:2
Qol
: E.Bayi, 7-öz qapısına. B.Silva, 45.

Brentford – Norviç 1:2
Qol
: Henri, 60 – Normann, 6. Pukki, 29-pen.

Kristal Pelas – Vulverhempton 2:0
Qol
: Zaha, 61. Qallaxer, 78.

Çelsi – Bernli 1:1
Qol
: Haverts, 33 – Vidra, 79.

Brayton – Nyukasl 1:1
Qol
: Trossard, 24 – Hayden, 66.

7 noyabr

Arsenal – Uotford 1:0
Qol
: Smit Rou, 56.

Lids – Lester 1:1
Qol
: Rapinya, 26 – Barnes, 28.

Everton – Tottenhem 0:0

Vest Hem – Liverpul 3:2
Qol
: Alisson, 4-öz qapısına. Fornals, 67. Zuma, 74 – Aleksander-Arnold, 41. Oriqi, 83.

Bombardir: Məhəmməd Salah (Liverpul) – 10 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button