“Liverpul” – çempion!
Futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun açılış matçında “Lester” “Brayton”u qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb. Son turda “Mançester Yunayted”lə qollu bərabərə qalan (1:1) “Tottenhem”, bu dəfə “Vest Hem”lə münasibətlərinə aydınlıq gətirib. London təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.
Lider “Liverpul” 31-ci tur çərçivəsində “Kristal Pelas”ı sınağa çəkib və darmadağına sevinib. “Mançester Yunayted” də “Şeffild Yunayted”lə oyundan darmadağınla ayrılıb. “Nyukasl” – “Aston Villa” matçında qalib müəyyənləşməyib. “Norviç” evdə “Everton”a minimal hesabla uduzubsa, “Vulverhempton” oxşar hesabla “Bornmut”dan üstün olub.
Turun mərkəzi görüşü Londonda keçirilib. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Mançester Siti” səfərdə “Çelsi”nin qonağı olub. Üç qolun qeydə alındığı matç londonluların qələbəsiylə başa çatıb. Mançesterlilərin bu xal itkisi isə lider “Liverpul”un sona 7 tur qalmış çempionluğu rəsmiləşdirməsiylə əlamətdar olub. Bu, “qırmızılar”ın 30 illik fasilədən sonra ilk çempionluğudu.
İngiltərə Premyer Liqası, 31-ci tur
23 iyun
Lester – Brayton 0:0
Tottenhem – Vest Hem 2:0
Qol: Souçek, 64-öz qapısına. H.Keyn, 82.
24 iyun
Mançester Yunayted – Şeffild Yunayted 3:0
Qol: Marsyal, 7; 44; 74.
Nyukasl – Aston Villa 1:1
Qol: Qayle, 68 – Elmohamadi, 83.
Norviç – Everton 0:1
Qol: M.Kin, 55.
Vulverhempton – Bornmut 1:0
Qol: R.Ximenes, 60.
Liverpul – Kristal Pelas 4:0
Qol: Arnold, 23. Salah, 44. Fabinyo, 55. Mane, 69.
25 iyun
Bernli – Uotford 1:0
Qol: X.Rodriqes, 73.
Sauthempton – Arsenal 0:2
Qol: Nketia, 20. Uillok, 86.
Çelsi – Mançester Siti 2:1
Qol: Pulişiç, 36. Villian, 78-pen – De Breyne, 55.
Bombardir: Ceymi Vardi (Lester) – 19 qol.
Bizi Facebook-da izləyin