“Everton” uduzdu, “Lester” darmadağına sevindi

Futbol üzrə İngiltərə Premyer Liqasında 16-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Uotford” səfərdə “Brentford”un qonağı olub. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

“Mançester Siti” bu turda “Vulverhempton”u, “Çelsi” isə “Lids”i qəbul edib. Hər iki oyunda meydan sahibləri qələbə qazanan tərəf olub. Lider “Liverpul”un rəqibi isə Stiven Cerrardın çalışdırdığı “Aston Villa” olub. “Qırmızılar” da turu qələbə ilə başa vurublar. “Mançester Yunayted” isə səfərdə “Norviç Siti”dən üstün olub. “Arsenal” da “Sauthempton”u böyük hesabla məğlub edib.

Bu tur keçirilməli olan “Brayton” – “Tottenhem” matçı qonaq komandanın heyətində koronavirusa yoluxma hallarını artması səbəbindən təxirə salınıb.

Tura “Kristal Pelas” – “Everton” matçıyla yekun vurulub. Dörd qolun qeydə alındığı matç meydan sahiblərinin inamlı qələbəsiylə başa çatıb.

İngiltərə Premyer Liqası, 16-cı tur

10 dekabr

Brentford – Uotford 2:1
Qol
: Yansson, 84. Mbeumo, 90+5-pen – Dennis, 24.

11 dekabr

Mançester Siti – Vulverhempton 1:0
Qol
: Sterlinq, 66-pen.

Arsenal – Sauthempton 3:0
Qol
: Lakazette, 21. Edeqor, 27. Qabriel, 62.

Liverpul – Aston Villa 1:0
Qol
: Salah, 67-pen.

Çelsi – Lids 3:2
Qol
: Maunt, 42. Jorjinyo, 58-pen; 90+4-pen – Rapinya, 28-pen. Gelhardt, 83.

Norviç – Mançester Yunayted 0:1
Qol
: Ronaldo, 75-pen.

12 dekabr

Bernli – Vest Hem 0:0

Lester – Nyukasl 4:0
Qol
: Tilemans, 38-pen; 81. Daka, 57. Meddison, 85.

Kristal Pelas – Everton 3:1
Qol
: Qallaxer, 41; 90+4. Tomkins, 62 – Rondon, 70.

Bombardir: Məhəmməd Salah (Liverpul) – 10 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button