MS darmadağına sevindi, “Çelsi” xal itirdi, “Liverpul”la “Tottenhem” “sülh bağladı”
Futbol üzrə İngilərə Premyer Liqasında 18-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Ötən tur “Vest Hem”i məğlub edən “Arsenal”ın bu turdakı rəqibi “Lids” olub. London təmsilçisi səfərdə darmadağına sevinib.
Lider “Mançester Siti” “Nyukasl” səfərinə yollanıb və 4 cavabsız qola sevinib. “Vulverhempton” – “Çelsi” matçında qapılara qol vurulmayıb. Turun mərkəzi görüşündə “Tottenhem” “Liverpul”la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.
Bu tur keçirilməli olan “Aston Villa” – “Bernli”, “Mançester Yunayted” – “Brayton”, “Sauthempton” – “Brentford”, “Uotford” – “Kristal Pelas”, “Vest Hem” – “Norviç Siti” və “Everton” – “Lester Siti” matçları klubların heyətlərində koronavirusa yoluxma hallarının artması səbəbindən təxirə salınıb.
İngiltərə Premyer Liqası, 18-ci tur
18 dekabr
Lids – Arsenal 1:4
Qol: Rapinya, 75-pen – Martinelli, 16; 28. Saka, 42. Smit Rou, 84.
19 dekabr
Vulverhempton – Çelsi 0:0
Nyukasl – Mançester Siti 0:4
Qol: R.Dias, 5. Kanselo, 27. Mahrez, 63. Sterlinq, 86.
Tottenhem – Liverpul 2:2
Qol: Keyn, 13. Son, 74 – Jota, 35. Robertson, 69.
Bombardir: Məhəmməd Salah (Liverpul) – 15 qol.
Bizi Facebook-da izləyin