
“Bu gün iki xal itirdik” – Elvin Məmmədov
“Səbail” bu gün Azərbaycan Premyer Liqasının 33-cü turunda “Şamaxı”nın qonağı olub.
Komanda.az xəbər verir ki, oyundan sonra “dənizçilər”in məşqçisi Elvin Məmmədovun mətbuat konfransı keçirilib. Məmmədov 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib:
“Bizi çətin oyunun gözlədiyini bilirdik. Çətin səfər idi. Birinci hissəyə yaxşı köklənə bilmədik. İkinci hissədə isə daha yaxşı çıxış etdik. Qol da vurduq. Həqiqətən, uşaqlar yaxşı mübarizə apardılar. Qarşıdakı üç oyuna baxacağıq.
Məşqçiliyə yeni başlamışam, böyük-böyük danışmaq istəmirəm. Yaxşı epizodlarımız da oldu. Fərqlənə bilmədik. “Şamaxı” da inciməsin, bu gün həqiqətən iki xal itirdik. Heyfslənirik”.
“Səbail” növbəti turda “Zirə”ni qəbul edəcək.
Fəxri Rüstəmli
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



