“Bu gün heç nə gözləmirəm” – “Liverpul”un baş məşqçisi

“Liverpul”un baş məşqçisi Arne Slot yay transfer pəncərəsinin son günü haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı bu gün heç nə gözləmədiyini bildirib:

“Bu gün heç nə gözləmirəm. Bununla belə, klubun hansısa məqsədi varsa, o zaman hərəkətə keçməyə hazır olacağıq”.

Arne Slot bu yay “Liverpul”un baş məşqçisi vəzifəsinə keçib. O, komandanın “sükanı arxasında” almaniyalı məşqçi Yurgen Kloppu əvəzləyib.

“Liverpul” İngiltərə Premyer Liqasının iki turundan sonra maksimum nəticə göstərərək 6 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button