Çempionlar Liqası: 1/8 final mərhələsinin cütləri bilindi
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Komanda.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayıb. Püşkatmada iştirak edəcək 16 komanda iki səbətə bölünüb.
İspaniyanın “Real” klubu bu mərhələdə “Atalanta” ilə, “Barselona” isə PSJ ilə qarşılaşacaq. Turnirin son qalibi “Liverpul” Almaniyanın “Leyptsiq” klubuna rəqib olub.
1/8 finalın ilk oyunları 2021-ci il fevralın 16-17-də və 23-24-də, cavab görüşləri martın 9-10-da və 16-17-də keçiriləcək.
Çempionlar Liqası, 1/8 final mərhələsi
Borussiya (Münhenqladbax, Almaniya) – Mançester Siti (İngiltərə)
Latsio (İtaliya) – Bavariya (Almaniya)
Atletiko (İspaniya) – Çelsi (İngiltərə)
Leyptsiq (Almaniya) – Liverpul (İngiltərə)
Portu (Portuqaliya) – Yuventus (İtaliya)
Barselona (İspaniya) – PSJ (Fransa)
Sevilya (İspaniya) – Borussiya (Dortmund, Almaniya)
Atalanta (İtaliya) – Real (İspaniya)
Bizi Facebook-da izləyin