PSJ uduzdu, “Lill” qalib gəldi

Futbol üzrə Fransa çempionatında 22-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış matçında turnir cədvəlinin üçüncüsü “Lion” doğma meydanda “Bordo”nu qəbul edib. Üç qolun qeydə alındığı matçda meydan sahibləri qələbəyə seviniblər.

Şənbə günü “Monpelye” ilə qarşılaşan “Lans” çətin səfərdən qələbə ilə dönüb. Günün digər matçı – “Marsel” – “Renn” görüşü isə təxirə salınıb.

Lider PSJ bu tur çərçivəsində səfərdə “Loryan”ın qonağı olub və məğlubiyyətə üzülüb. 4-cü sırada qərarlaşan “Monako” “Nant” ilə qarşılaşmadan çətin qələbə ilə ayrılıb.

Çempionluq uğrunda mübarizə aparan “Lill” komandası bu turda “Dijon”u minimal hesabla məğlub edərək vahid liderliyi ələ keçirib.

Fransa Liqa 1, 22-ci tur

29 yanvar

Lion – Bordo 2:1
Qol
: Ekambi, 32. Dubois, 90+2 – Kalu, 55.

30 yanvar

Monpelye – Lans 1:2
Qol
: Vahi, 78 – Dukure, 7. Kakuta, 67.

Marsel – Renn matçı təxirə salınıb

31 yanvar

Nitsa – Sent-Etyen 0:1
Qol
: Abi, 88.

Anje – Nim 3:1
Qol
: Kapelle, 20. Kulibali, 35. Dioni, 55 – Ripar, 41-pen.

Brest – Mets 2:4
Qol
: Honorat, 33. Kardona, 47 – Bulaya, 36. Sarr, 73. Yade, 81. Vaqner, 87-pen.

Loryan – PSJ 3:2
Qol
: Abergel, 36. Vissa, 80. Moffi, 90+1 – Neymar, 45-pen; 58-pen.

Strasburq – Reyms 0:1
Qol
: Kutesa, 80.

Lill – Dijon 1:0
Qol
: Y.Yazıçı, 29.

Nant – Monako 1:2
Qol
: Emond, 83 – Maripan, 45. Folland, 60.

Bombardir: Kilian Mbappe (PSJ) – 14 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button