“Lill” uduzdu, Poçettinolu PSJ ilk matçında 1 xalla kifayətləndi

Futbol üzrə Fransa çempionatında 18-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni günə təsadüf edib.

“Monako” bu turda səfərdə “Loryan”la qarşılaşıb və darmadağına sevinib. Lider “Lion” doğma meydanda “Lans”ı məğlub edib.

Heyətində Burak Yılmaz, Yusuf Yazıcı, Zeki Çelik kimi türk futbolçuları olan və çempionluq uğrunda mübarizə aparan “Lill”in budəfəki rəqibi “Anje” olub. Türk futbolçuların komandası bu oyundan məğlub ayrılıb.

Baş məşqçi postuna Maurisio Poçettinonu gətirən PSJ bu tur çərçivəsində çətin “Sent-Etyen” səfərinə yollanıb. Argentinalı mütəxəssisin debüt matçında komandası meydanı 1 xalla tərk edib.

Fransa Liqa 1, 18-ci tur

6 yanvar

Brest – Nitsa 2:0
Qol
: Munye, 23. Honorat, 28.

Loryan – Monako 2:5
Qol
: Moffi, 31. Qravilyon, 67 – Disasi, 9. Qolovin, 64. Folland, 68. Diop, 78. Maripan, 89.

Mets – Bordo 0:0

Nant – Renn 0:0

Strasburq – Nim 5:0
Qol
: Ayorke, 36; 51. Diallo, 38. Lala, 45+1. Majid, 90-pen.

Lion – Lans 3:2
Qol
: Depay, 39; 52-pen. Fortes, 46-öz qapısına – Sotoka, 56. Dukure, 90.

Lill – Anje 1:2
Qol
: B.Yılmaz, 42 – Tomas, 5; 10.

Marsel – Monpelye 3:1
Qol
: Radonyiç, 41. Payet, 80. Jerman, 84 – Molle, 52.

Reyms – Dijon 0:0

Sent-Etyen – PSJ 1:1
Qol
: Hamuma, 19 – M.Kin, 22.

Bombardir: Kilian Mbappe (PSJ) – 12 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button