PSJ-dən darmadağın, liderdən çətin qələbə

Bu gün Fransa Liqa 1-də 17-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, turun bütün oyunları eyni gündə baş tutub.

Heyətində Burak Yılmaz, Yusuf Yazıcı, Zeki Çelik kimi futbolçuları olan lider “Lill” bu tur çərçivəsində çətin “Monpelye” səfərindən qələbə ilə dönüb.

Mövsümə uğursuz start verən “Monako” doğma meydanda “Sent-Etyen”i qəbul edib və növbəti xal itkisi ilə üzləşib. “Marsel” isə “Anje” ilə səfər oyununda məğlubiyyətə üzülüb. Son çempion PSJ bu turda “Strasburq”u 4 cavabsız qolla məğlub edib.

Fransa Liqa 1, 17-ci tur

23 dekabr

Bordo – Reyms 1:3
Qol
: Huanq, 73 – Abdelhamed, 15. Dia, 18. Munetsi, 88.

Lans – Brest 2:1
Qol
: Kalimuendo, 11. Sotoka, 34-pen – Karbonye, 90+3-pen.

Nim – Dijon 1:3
Qol
: Ahlinvi, 31 – Konate, 75; 90+3. Balde, 77.

Nitsa – Loryan 2:2
Qol
: Lotomba, 18. Adelayde, 34 – Moffi, 49. Qrbiç, 82-pen.

Renn – Mets 1:0
Qol
: Qrenye, 52.

Lion – Nant 3:0
Qol
: Ekambi, 4. Kadevere, 37. Paketa, 44.

Anje – Marsel 2:1
Qol
: M.Pereyra, 4. Dioni, 23 – Ronqye, 75.

Monako – Sent-Etyen 2:2
Qol
: Diop, 7. Folland, 48 – Debuşi, 21. Buanqa, 29-pen.

Monpelye – Lill 2:3
Qol
: Laborde, 57. Delor, 70 – Vea, 23. İkone, 68-pen. B.Yılmaz, 86.

PSJ – Strasburq 4:0
Qol
: Pembele, 18. Mbappe, 80. Qeye, 88. Kin, 90+1.

Bombardir: Kilian Mbappe (PSJ) – 12 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button