Lider xal itirdi, “Monako” uduzdu
Futbol üzrə Fransa çempionatında 8-ci turun oyunları keçirilib
Komanda.az xəbər verir ki, turun açılış matçında “Renn” “Anje”ni qəbul edib. Üç qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb.
Şənbə günü PSJ “Dijon”la, “Marsel” isə “Loryan”la qarşılaşıb. PSJ darmadağına sevinibsə, Marsel təmsilçisi minimal hesabla üstün olub.
Lider “Lill” bu turda “Nitsa” səfərinə yollanıb. Bu oyunda qalib müəyyənləşməyib.
Turun mərkəzi görüşündə “Monako” səfərdə “Lion”la münasibətlərinə aydınlıq gətirib. Knyazlıq təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb.
Fransa Liqa 1, 8-ci tur
23 oktyabr
Renn – Anje 1:2
Qol: Hunu, 18 – Bufal, 27. Fulgini, 57.
24 oktyabr
Loryan – Marsel 0:1
Qol: Balerdi, 54.
PSJ – Dijon 4:0
Qol: Kin, 3; 23. Mbappe, 82; 88.
25 oktyabr
Lans – Nant matçı təxirə salınıb
Bordo – Nim 2:0
Qol: Briand, 79. Udin, 81.
Brest – Strasburq 0:3
Qol: Diallo, 27. Lala, 40-pen. Ayork, 67.
Mets – Sent-Etyen 2:0
Qol: Bulaya, 5. Sissoko, 78-öz qapısına.
Monpelye – Reyms 0:4
Qol: Dia, 9-pen; 13; 56-pen. Mbuku, 31.
Nitsa – Lill 1:1
Qol: Dolberq, 50 – B.Yılmaz, 58.
Lion – Monako 4:1
Qol: Depay, 12. Ekambi, 34; 44. Auar, 41-pen – Ben Yedder, 48.
Bombardir: İbrahima Niane (Mets), Kilian Mbappe (PSJ), Boulaye Dia (Reyms) – 6 qol.
Bizi Facebook-da izləyin