PSJ-dən çətin qələbə
Futbol üzrə Fransa Liqa 1-də 6-cı tura yekun vurulub.
Komanda.az xəbər verir ki, turun açılış oyununda “Strasburq” və “Mets” komandaları üz-üzə gəlib. Meydan sahibləri bu oyunda darmadağına seviniblər.
Son çempion “Lill”in rəqibi isə “Lans” olub. Qonaqlar bu görüşdə minimal hesabla uduzublar. “Bordo” isə səfərdə “Sent-Etyen”dən üstün olub.
“Monako” bu turda “Nitsa” səfərinə yollanıb və xal itkisi ilə üzləşib. Turun mərkəzi görüşü Parisdə keçirilib. PSJ burada “Lion”u sınağa çəkib və qələbə qazanıb.
Fransa Liqa 1, 6-cı tur
17 sentyabr
Strasburq – Mets 3:0
Qol: Ayorke, 6. H.Diallo, 26; 40.
18 sentyabr
Lans – Lill 1:0
Qol: Frankovski, 74.
Sent-Etyen – Bordo 1:2
Qol: Xazri, 73 – Huanq, 7; 80.
19 sentyabr
Nitsa – Monako 2:2
Qol: Delor, 51. Budaui, 73 – Qolovin, 39. Ben Yedder, 77-pen.
Anje – Nant 1:4
Qol: Traore, 10 – Jirotto, 3. Blas, 6-pen; 79. Muani, 23.
Klermon – Brest 1:1
Qol: Raşani, 65 – Şardonne, 52.
Reyms – Loryan 0:0
Trua – Monpelye 1:1
Qol: Tuzqar, 37 – Savanye, 87.
Marsel – Renn 2:0
Qol: Dienq, 48. Harit, 71.
PSJ – Lion 2:1
Qol: Neymar, 66-pen. İkardi, 90+2 – Paketa, 54.
Bombardir: Kilian Mbappe (PSJ) – 5 qol.
Bizi Facebook-da izləyin