PSJ Liondan qələbə ilə döndü
Fransa Liqa 1-də 6-cı tura yekun vurulub.
Komanda.az xəbər verir ki, turun ilk oyununda “Strasburq”la “Nant” üz-üzə gəlib. Meydan sahibləri bu görüşdə əzmkar qələbəyə seviniblər.
Bu mövsüm 5 turdan sonra qələbə qazana bilməyən “Monako” səfərdə “Reyms”in qonağı olub. “Knyazlıq klubu” bu turda da məğlub olsaydı, baş məşqçi Leonardo Jardimin istefaya göndəriləcəyi gözlənilirdi. Amma bu görüşdə qapılara qol vurulmayıb.
“Marsel” doğma meydanda “Monpelye” ilə heç-heçəyə razılaşıb. Dörd qolun qeydə alındığı “Bordo” – “Brest” görüşündə də qalib müəyyənləşməyib.
“Nitsa” “Dijon”u, “Nim” “Tuluza”nı məğlub yola salıb. “Mets” isə evdə “Amyen”ə məğlub olub.
Turun mərkəzi görüşündə isə “Lion” doğma azarkeşləri qarşısında PSJ ilə qarşılaşıb. Paris təmsilçisi bu oyundan minimal hesabla qalib ayrılıb.
Fransa Liqa 1, 6-cı tur
20 sentyabr
Strasburq – Nant 2:1
Qol: Linard, 66. Ayorke, 89-pen – Kulibali, 28.
21 sentyabr
Marsel – Monpelye 1:1
Qol: Jerman, 74 – Sarr, 17-öz qapısına.
Bordo – Brest 2:2
Qol: Briand, 6. Pablo, 69 – Qrandsir, 20. Autret, 45+1.
Mets – Amyen 1:2
Qol: Diallo, 68 – Jirassi, 39. Dibassi, 54.
Nitsa – Dijon 2:1
Qol: Dolberq, 29. Atal, 47 – Tavares, 22.
Nim – Tuluza 1:0
Qol: Filippoto, 39.
Reyms – Monako 0:0
22 sentyabr
Renn – Lill 1:1
Qol: Hunou, 68 – İkone, 47.
Anje – Sent-Etyen 4:1
Qol: Kapelle, 48. Ninqa, 78; 84; 89 – Nordin, 34.
Lion – PSJ 0:1
Qol: Neymar, 87.
Bombardir: Mussa Dembele (Lion), Viktor Osimhen (Lill) – 5 qol.
Bizi Facebook-da izləyin