Lider xal itirdi, PSJ evdə uduzdu
Futbol üzrə Fransa çempionatında 29-cu tura yekun vurulub.
Komanda.az xəbər verir ki, turun açılış matçında “Lion” səfərdə “Reyms”lə qarşılaşıb. Tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar.
Baş məşqçi postuna Xorxe Sampaolini gətirən “Marsel” bu turda “Brest”i qəbul edib və inamlı qələbəyə sevinib.
Lider “Lill”in bu turdakı rəqibi “Monako” olub. Tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar. Son çempion PSJ isə doğma meydanda “Nant”ı sınağa çəkib. Paris təmsilçisi hesabı açdığı qarşılaşmada məğlubiyyətə üzülüb.
Fransa Liqa 1, 29-cu tur
12 mart
Reyms – Lion 1:1
Qol: Kafaro, 33 – Kadevere, 90+2.
13 mart
Anje – Sent-Etyen 0:1
Qol: Xazri, 52.
Marsel – Brest 3:1
Qol: Milik, 45+1. Toven, 88. Kyuizans, 90+2 – Brasye, 71.
14 mart
Nim – Monpelye 1:1
Qol: Kone, 63 – Delor, 79.
Dijon – Bordo 1:3
Qol: Konate, 90 – Huanq, 33; 45. De Preville, 60.
Lans – Mets 2:2
Qol: Kloss, 13. Kayuzak, 36 – Vaqner, 27-pen. Delen, 57.
Loryan – Nitsa 1:1
Qol: Vissa, 66 – Maolida, 58.
Renn – Strasburq 1:0
Qol: Burijo, 25.
Monako – Lill 0:0
PSJ – Nant 1:2
Qol: Draksler, 42 – Kolo, 59. Simon, 71.
Bombardir: Kilian Mbappe (PSJ) – 18 qol.
Bizi Facebook-da izləyin